Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə daha bir ölkədə qaz və neft axtarmağa başlayır

Türkiyənin Qara dənizdə qaz yatağı tapması, Aralıq dənizində kəşfiyyat işləri Yunanıstanla münasibətləri gərginləşdirib.

Üstəlik, başda Fransa olmaqla bir çox Avropa dövlətləri də Ankara haqda sərt danışır. Buna baxmayaraq, Türkiyə yolundan dönməyi düşünmür.

Bizimyol.info xəbər verir ki, Türkiyə daha bir ölkədə qaz və neft axtarmağa başlayır. Qardaş ölkə Sirte hövzəsində kəşfiyyata başlamağa hazırdır. Bunun üçün Liviya milli hökuməti ilə danışıqlara hazırlıq gedir. Boğaziçi Universitetinin dərnək başqanı Gürkan Kumbaroğlu Sirte hövzəsində böyük potensial olduğunu bildirib.

Gürkan Kumbaroğlu Gürkan Kumbaroğlu

Onun sözlərinə görə, həmin bölgədə çoxlu qaz və neft çıxarılır. Kumbaroğlu Türkiyənin istəyinə çatacağına inanır. Dərnək başqanı Aralıq dənizindəki kəşfiyyat işlərini də yüksək qiymətləndirib. Kumbaroğlu Türkiyənin orada qaz tapacağına əmindir. Mütəxəssislər Türkiyənin enerji və yanacaq sahəsində sanki oyandığını qeyd edir. Qardaş ölkə bu istiqamətdə çox fəallaşıb. Türkiyə avqustda Qara dənizdə 320 milyard kubmetrlik qaz yatağı tapdığını açıqlamışdı.

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› “Mina xəritələrinin verilməsində ABŞ-ın xüsusi vasitəçiliyi mühüm rol oynayıb”
››› Paşinyan çıxışı zamanı çoxlu səhv edib
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”
››› Göründüyündən də böyük hadisə
Son xəbərlər
Bütün xəbərlər »