Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
OPEK üzvü neft razılaşmasını pozur

Neftin qiymətinin aşağı düşməsində ən çox ittiham ölunan ölkələrdən biri İraqdır.

Asiya dövləti hasilatın azaldılması ilə bağlı heç cür barışa bilmir.

Bizimyol.info xəbər verir ki, OPEK üzvü razılaşmanı pozmağa hazırlaşır. İraqda belə meyl hiss olunur. “Reuters”in məlumatına görə, ölkənin Neft Nazirliyi bu məsələni müzakirəyə çıxarıb. Amma OPEK-ə hələ konkret mövqe təqdim olunmayıb.

İraq OPEK+ razılaşmasını pozanlar sırasında öndə gəlir. Asiya dövləti maydan iyula qədər kvotanı 851 min barel aşıb. Nigeriyada bu göstərici 315 min, Rusiyada isə 283 min bareldir.

OPEK OPEK (Neft ixrac edən ölkələrin təşkilatı)

İraq Neft Nazirliyi rəsmi görüşlərdə səmimi mövqe ortaya qoymur. Nazirlik hasilatı artırmaq istəyində olmadığını bildirir. İraq kvotanı tam yerinə yetirdiyini açıqlayır.

İndiki OPEK+ razılaşmasına görə, 23 ölkə 2020-ci ilin sonuna qədər ümumilikdə hasilatı 7.7 milyon barel azaltmalıdır. Sonra aprelin sonuna qədər azalma 5.8 milyon barelə enməlidir.

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Ermənistanın Qarabağdan çıxması an məsələsidir - Rusiya KİV
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »