Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda yeni istifadəyə verilən keçiddə "anormal" pandus - Fotolar

Xəbər verildiyi kimi bu ilin sentyabrın 9-da Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidinin açılışı olub.

Bizimyol.info xəbər verir ki, əlilliyi olan şəxslər onlar üçün keçiddə quraşdırılan infrastrukturdan istifadə imkanlarını araşdırıblar.

Əlilliyi olan şəxslər yeni istifadəyə verilən keçiddə standartlara uyğun olmayan pandusla qarşılaşıb - Fotolar

Əlil Təşkilatları İttifaqının monitorinq qrupu yeni açılan Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidində şəraitlə tanış olublar.

Əlilliyi olan şəxslər yeni istifadəyə verilən keçiddə standartlara uyğun olmayan pandusla qarşılaşıb - Fotolar

Təşkilatdan bildirilib ki, bu dəfə də standartlara uyğun olmayan pandusla, əlilliyi olan şəxslərə qarşı laqeydliklə qarşılaşıblar:

“Öncə qeyd edək ki yerüstü keçidi insanların təhlükəsizliyi üçün əhəmiyyətli qurğudur.

Apardığımız monitorinq deməyə əsas verir ki, əlilliyi olan şəxslər üçün nəzərdə tutulan pandus bir neçə cəhətdən standartlara uyğun deyildir. Belə ki yoldan pandusa çıxışda səki var, pandusun mailliyi hərəkət boyunca müxtəlifdir, bir çox yerlərdə maillik faizi böyükdür, pandus üzərində tutacaqlar yoxdur, və pandusun səthi çox hamardır.

Əlilliyi olan şəxslər yeni istifadəyə verilən keçiddə standartlara uyğun olmayan pandusla qarşılaşıb - Fotolar

Bunlara əslanaraq deyə bilərik ki, pandusdan təkərli kürsüdə (əlil arabasında) və çətin hərəkət qabliyyətinə malik olan şəxslərin sərbəst istifadə etməsi qeyri-mümkündür. Bunu layihələndirən memarın görünür əlillik sahəsindən, standartlardan ümumiyyətlə bilgisi yoxdur”.

Təşkilatdan bildirilib ki burada qaldırıcı qurğunun qoyulması daha məqsədəuyğun, istifadə üçün daha rahat, iqdisadi cəhətdən daha az məsrəfli olardı: “Avtomobil Yolları Dövlət Agentliyi artıq neçənci dəfədir bu xətalara yol verir. Yaxşı olardı ki, növbəti analoji fəaliyyətləri həyata keçirən zaman bu sahə üzrə mütəxəsislərlə məsləhətləşmə aparılsın”.

Son xəbərlər
Bütün xəbərlər »