Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
13 illik kredit götürdü və 5 günə borcunu bağladı

Rusiyanın Nijeqorodsk vilayətində keçən həftə bankdan kredit götürən müştəri maliyyə təşkilatına cəmi 5 gün borclu qalıb. Qadın 13 illik krediti bu həftə bitirib.

Bizimyol.info xəbər verir ki, Bor şəhərinin sakini keçən həftənin cümə axşamı istəyinə çatıbmış. Rusiya vətəndaşı krediti çarəsizlikdən götürüb. Onun məqsədi yeni göydələnlərdən ikiotaqlı mənzil almaq imiş. Qadın köhnə mənzilini sataraq buna nail olmalı imiş. Amma işlər tərs gətirib.

Mənzil alqı-satqısı Mənzil alqı-satqısı

Yeni mənzili əldə etmək üçün ödənilən beh batacaqmış. Buna görə də müştəri banka müraciət dib. Onun adına 13 illik kredit tarixçəsi açılıb. Lakin cəmi 5 gün sonra həmin pula ehtiyac qalmayıb. Qadının köhnə mənzilinə müştəri çıxıb və beləcə, kredit də əhəmiyyətini itirib.

Bank əməkdaşları müştərinin davranışına xeyli təəccüblənib. Buna baxmayaraq, kredit tarixçəsini bağlamağa razılaşıblar.

Rusiyada ümumi kredit məbləği 100 milyard dolları keçib. Kreditlər orta hesabla 9 faizə rəsmiləşdirilir. Orta müddət isə 200 aya çatıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »