Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ETSN: Ovçuluq üçün Azərbaycana gələn turistlərə ciddi nəzarət olunur

Azərbaycana gələn turistlərin çox az faizi ovçuluq üçün gəlir.

APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Facebook" səhifəsində yayımlanan “Ekspert saatı” verilişində ərəb turistlərin ölkəmizdə ov fəaliyyəti ilə məşğul olması ilə bağlı sualı cavablandıran Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Firuddin Əliyev deyib.

O bildirib ki, ölkəmizə gələn əcnəbi ovçulara daha məsuliyyətlə yanaşılır və ciddi nəzarət olunur: "Bundan əlavə, əcnəbi ovçulara Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı, Dövlət Miqrasiya Xidməti, Daxili İşlər Nazirliyi də nəzarət edir.

Ümumilikdə isə bütün dünyada turistləri cəlb etmək üçün müəyyən infrastruktur yaradılır. Azərbaycanda da bu istiqamətdə lazımi tədbirlər görülür".

Paylaş »
››› Putin Qarabağ haqqında danışdı
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Türkiyə ilə Yunanıstan arasında növbəti gərginlik
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »