Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tələbələrin təhsil haqqında hər hansı dəyişikliyin olması gözlənilmir

Tələbələrin təhsil haqqında hər hansı dəyişikliyin olması gözlənilmir.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” barədə qərarına həsr olunan onlayn mətbuat konfransında Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu bildirib.

Onun sözlərinə görə, təhsilalan ali məktəblə müqavilə imzalayanda qeyd edir ki, ödəniş edəcək: "Hazırki şəraitdə forma dəyişsə də, məzmun eyni olacaq, eyni dərslər keçiriləcək. Tələbələr distant təhsili keyfiyyətli hesab etmirlərsə, akademik məzuniyyət götürüb növbəti il yenidən təhsillərini davam etdirə bilərlər. Ali təhsil müəssisələri təsərrüfat fəaliyyətlərini öz pulları ilə edirlər, bu səbəbdən təhsil haqqında hər hansı güzəştə gedilməsi gözlənilmir. Həm də həssas qrupdan olan tələbələrin təhsil haqqına güzəşt ediləcək".

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »