Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Nə yeyiriksə oyuq” deyirlər, amma peyindən, plastikdən ərzaq hazırlayırlar

Dünyaca məşhur "Chef’s Pencil" nəşrinin ekspertləri heyvan mənşəli ətlə qidalanmayan insanlarla bağlı araşdırma aparıb. Veqeterianların sayının ən çox olduğu 15 ölkə siyahısına başçılığı Böyük Britaniya edir.

Birinci beşlkdə Britaniyadan başqa Avstraliya, İsrail, Avstriya və Yeni Zelandiya gəlir. Daha sonra sıralama belədir: Almaniya, İsveç, İsveçrə, Kanada, İrlandiya, Niderland, ABŞ, Danimarka, Finlandiya və Çili.

Şərqi Avropa dövlətləri, eləcə də, Rusiya , Balkan yarımadası ölkələri, Asiya və Afrika sıralamada yer almayıb. Son illər sağlam qidalanma tendensiyası ilə insanlar müxtəlif pəhriz yeməklərinə üz tuturlar. Bəs hansı ölkənin mətbəxi ən sağlamdır? Bir çox dietoloqlar Ağdəniz mətbəxi deyirlər. Çünki bura ət, meyvə- tərəvəz, dəniz məhsullarından ibarət zəngin menyü daxildir.

Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov hesab edir ki, hər bir mətbəx öz xalqının təfəkkürünü, onun düşüncə tərzini, psixologiyasını əks etdirir.

“Təssüf ki insanları çox zaman sağlam qidalanma deyil, fit görünmək arzusu pəhrizə sürükləyir. İnsanlar pəhrizlə maraqlanmırlar, daha çox arıqlamaq üçün müxtəlif yollar axtarırlar. Dünyada 38 minə qədər pəhriz resepti var. Hansı ölkələrin yeməklərinin 70 faizi düyüdən ibarətdirsə, həmin ölkələrin əhalisi kiçik boylu, daha çox nəsil törətmək qabiliyyətinə malik olur. Qida rasionunda dəniz məhsulları üstünlük təşkil edən millətin nümayəndələri bəyaz dərili, gur saçlı olurlar.

Birinin istifadə etdiyi pəhriz resepti digərinə zərər verə bilər. Pəhrizə başlamaq üçün bütün orqanlar üzrə həkim müayinəsindən keçmək lazımdır, daha sonra həmin müayinənin nəticələrinə əsasən mütəxəssis tərəfindən fərdi pəhriz resepti təyin olunmalıdır. Sağlam olmaq, cavan qalmaq üçün normal həyat tərzi keçirmək, düzgün qidalanmaq lazımdır.

Mən hesab edirəm ki, insan az- az ürəyi istəyən hər şeyi yeməlidir. Sağlam insan üçün düzgün qidalanma belə olmalıdır., İnsanlara yaşadığı ərazidə yetişdirilən qidalar, meyvələr daha çox uyğundur, faydalıdır. Xarici ölkələrdən gətirilən qidalardan mümkün qədər uzaq durmaq lazımdır. Bir afrikalı, hollandiyalı üçün faydalı olan qida bizim üçün zəhər ola bilər.Ət məhsullarına gəlincə. İnsan orqanizmi üçün çox vacib və önəmlidir. Lakin təmiz olması şərtilə.

Mənim evimə, sosiska-kolbasa girmir. Kolbasa qədimdə ona görə hazırlanırdı ki, əti uzun müddət saxlamaq mümkün olmurdu. Ət qurudulub saxlanılırsa, onun tərkibindəki mineralların, vitaminlərin 90 faizi ölür. 100 qram təzə ət yemək, 10 kiloqram kolbasa yeməkdən daha xeyirlidir. Sovet İttifaqında 1980-ci ildə il ərzində 1 milyon ton süni ət istehsal olunurdu və kolbasaya vurulurdu. O da pivə istehsalı zamanı yerdə qalan arpa jımıxından, neftin parafinindən və quş peyinindən alınırdı. Bunlara hansısa kimyəvi maddələr vurub ondan ət hazırlayırdılar. Bu gün Rusiya ərazisində demək olar ki, ətdən hazırlanmış 1 kilo da kolbasa yoxdur. Yaponiyada ət artıq insan peyinindən alınır və farş kimi də yox, tikə ilə hazırlanır. Ətdən imtina edən şəhər insanları bu kimi amilləri nəzərə almış ola bilərlər və birdə təbii ki,heyvansevərlik ideyası var”.

Dietoloq doktor Aytən Rəcəbova hesab edir ki, sağlamlığın əsas şərti düzgün qidalanmadır, çünki nə yeyiriksə oyuq.

“Təəssüf ki, əhalinin xeyli bir qismi qidalanma qaydalarından xəbərsizdir. Təcrübə göstərir ki, qidalanma zamanı heç bir prinsipi gözləməmək ən çox yol verilən səhvlərdən biridir. Hər gün 2-3 litr çiy su içməyə vərdiş etmək, qızdırma, ağrı, zehni və fiziki yorğunluq və əsəb zamanı qidadan imtina etmək, yalnız aclıq hiss edəndə yemək, yeməkdən 10-15 dəqiqə əvvəl 1 stəkan çiy suyu ilıq şəkildə qurtum-qurtum içməyi həyat normasına çevirmək lazımdır.

Yemək vaxtı və yeməkdən dərhal sonra su içmək düzgün deyil, çünki su 10-15 dəqiqə sonra mədəni tərk edərək özü ilə bərabər mədə şirəsini də yuyub aparır və həzmolmanı pozur. Suyu meyvələrdən 30 dəqiqə, nişastalı qidalardan 2 saat, zülallı qidalardan 4 saat sonra içmək daha yaxşıdır.

Səhər yeməyinə şirəli meyvələrdən başlamaq, ona 2-3 ədəd qoz ləpəsi, yaxud 5-6 fındıq əlavə etmək faydalıdır. Gün ərzində ən azı bir qab tərəvəz salatı yemək, gündə üç dəfə qida qəbul etdikdə iki dəfə salat yemək faydalıdır. Həzm prosesi yalnız qida “çələngi” düzgün tərtib edildikdə yaxşı gedir. Ona görə də nəyi nə ilə birlikdə yeməyin faydalı olduğunu bilmək çox vacib məsələdir.

Orqanizmə vaxtaşırı istirahət vermək lazımdır, çünki bağırsağın divarları özündə 3 kiloqramdan 25-iloqramadək şlak toplayıb saxlayır. Düzgün qidalanma qaydasında başlıca məqsəd onikibarmaq bağırsaqda qidaların çürüyərək zəhərli maddələrə parçalanmasının qarşısını almaqdır. Ona əməl edən hər kəs sağlam və gümrah yaşayır, mənən və ruhən güclü olur.”,- deyə dietoloq qeyd edir.

İlhamə

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› Kanada Türkiyəyə dron motorları satmaqdan imtina edib
Son xəbərlər
Bütün xəbərlər »