Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məktəbi müəllimlərə təmir etdirən direktorla bağlı araşdırma başladı - Rəsmi

Sentyabrın 10-da paytaxtdakı 162 nömrəli tam orta məktəbin direktoru Arzu Nəzərovanın yayılan səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Unikal.org-a verilən, araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır.

Qeyd edək ki, Bakı şəhəri 162 nömrəli tam orta məktəbin 1936-cı ildə istifadəyə verilmiş binası sonuncu dəfə 2017-ci ildə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən əsaslı təmir edilib.

Onu da qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində əsaslı və ya cari təmirə olan ehtiyac məktəblərdən əldə edilən məlumatlar və tərəfimizdən keçirilən monitorinqlər nəticəsində müəyyənləşdirilmiş müvafiq siyahı aidiyyəti qurumlara təqdim edilir və bununla əlaqədar zəruri tədbirlər həyata keçirilir.

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› Kanada Türkiyəyə dron motorları satmaqdan imtina edib
Son xəbərlər
Bütün xəbərlər »