Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkmənistanda müxalifət lideri Murad Qurbanov xalqı küçələrə çağırır və hərəyə 500 dollar vəd edir

Mühacirətdəki Türkmənistanın Demokratik Seçimi adlı türkmən müxalifət hərəkatı Türkmənistan vətəndaşlarını sentyabrın 14-də və 15-də bütün ölkə boyu etiraz aksiyalarına çıxmağa çağırıb.

Virtualaz.org xəbər verir ki, bundan əvvəl hərəkat ABŞ-da Türkmənistan hakimiyyətinə qarşı bir neçə aksiya təşkil edib.

Hərəkatın lideri Murad Qurbanov özünün videomüraciətində bütün aksiya iştirakçılarına dövlət büdcəsindən manatın “kommersiya məzənnəsi” ilə 500 dollar paylanacağını vəd edib. Lakin pulları müxalifət partiyalarının hakimiyyətə gəlişindən sonra almaq mümkündür.

Müxalifətçi nəzərə alır ki, mitinqlərə qatılanları tutacaqlar, ancaq onlara ən çoxu 15 sutka həbs verə bilərlər. “Çünki Türkmənistan qanunvericiliyində heç bir maddə yoxdur ki, aksiya iştirakçıları cinayət məsuliyyətinə cəlb edilsin”,-o deyir.

Qurbanovun sözlərinə görə, o hakimiyyətin dinc yolla dəyişdirilməsinə çalışır. “Memorial” isə öz mənbələrinə istinadən bildirir ki, Türkmənistanda artıq OMON döyüşçülərini nümayişlərin dağıdılması üçün hazırlamağa başlayıblar.

“Memorial”a məlumat verən mənbə deyib ki, Türkmənistan hakimiyyəti ölkədə kütləvi etirazların baş qaldırmasından çox ehtiyat edir. Çünki son vaxtlar mühacirətdəki müxalifət xeyli fəallaşıb, habelə Türkiyə, ABŞ və digər ölkələrdə “yeni müxalifət” formalaşıb, üstəlik əhali COVİD-19 virusu ilə bağlı situasiyadan, ölkədən çıxışa qadağa qoyulmasından, işsizlikdən və digər problemlərdən bezib.

Bununla bağlı hakimiyyət hələ 2017-ci il Asiya Oyunları ərəfəsində işləyib hazırladığı antiterror planını işə salıb. Plan səfirliklər və xarici KİV-lərlə əlaqə qura biləcək fəalların sürətlə neytrallaşdırılmasını nəzərdə tutur. Artıq bir aydan çoxdur ki, Aşqabadda OMON nümayişləri dağıtmaq üçün məşq keçir.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› Paşinyan: “Ermənistanda Azərbaycana işləyən qüvvələr var və onların adını da çəkmək olar”
››› Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib, saxlanılanlar var
Son xəbərlər
Bütün xəbərlər »