Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Roma papası cinsi münasibətlər və yeməkdən alınan həzzi “ilahi həzz” adalndırdı

Roma Papası Françisk seks və yaxşı yeməkdən alınan həzzi ilahi həzz adlandırıb.

Bizimyol.bu barədə Ria Novosti-yə istinadən xəbər verir.

Pontifik bildirib ki, bütün duyğuların qaynağı yaradıcıdadır.

“Həzz bir başa ilahidən gəlir. O nə katolik, nə xristian nə də hansısa başqa dinə məxsusdur. Sadəcə yaradıcının məhsuludur. Əxlaq- mənəviyyat məsələlərinin həddən artıq şişirdilməsi xristian dininin düzgün olmayan traktovkasıdır.Yemək insan sağlamlığı üçün vacibdir, seks isə sevgini gözəlləşdirir və insan nəslinin artımına xidmət edir.

Yanvar ayında Kenterberi və York qraflıqlarının arxiyepiskopları yalnız evli ər- arvad arasında intim münasibətlərin ola biləcəyinə dair açıqlamalarına görə üzr istəmişdilər. Bu açıqlama Britaniya hökumətinin homoseksuallara və qadınlarla kişilərinin vətəndaş tərəfdaşlığına icazə verməsindən sonra səsləndirilmişdi.Papanın verdiyi açıqlamada məhz bu hadisənin davamı kimi dəyərləndirilməlidir.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »