Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransada koronavirusa 10 minə yaxın yoluxma qeydə alındı

Fransada COVID-19 infeksiyasına gündəlik yoluxmada antirekord qeydə alınıb - 10 minə yaxın yoluxma faktı.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Fransa Səhiyyə İdarəsi (DGS) məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində SARS-CoV-2 virusuna 9 843 yeni yoluxma qeydə alınıb. Son sutka ərzində xəstəxanalara 5096 koronavirus xəstəsi daxil olub. Reanimasiya şöbələrində 615 ağır vəziyyətdə olan xəstə var.

COVID-19 epidemiyası başlayandan ölkədə, 20 338-i xəstəxanalarda, 10 475-i qocalar evlərində olmaqla, ümumilikdə 30 813 ölüm faktı qeydə alınıb. Epidemiya başlayandan xəstəxanalara daxil olan 114 528 koronavirus xəstəsindən 88 742-si sağalıb. Ölkənin bir çox şəhərlərində yerli karantin tətbiq ediləcəyi ehtimal olunur.

Bu gün ölkədəki sanitar vəziyyətlə, eləcə də qarşıdan gələn həftə virusa qarşı tətbiq olunacaq qaydaların müəyyən edilməsi ilə bağlı müdafiə şurasının iclası gözlənilir.

“Düşünürəm ki, tələbkar, realist olmaqda qalmalıyıq, heç bir panikaya, güzəştə getməməliyik”, - deyə Prezident E. Makron bildirib.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »