Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ötən il əməkdar artistin qızının imtahan nəticəsini ləğv etdik" - Məleykə Abbaszadə

"İxtisas seçiminin nəticələri qabiliyyət imtahanının nəticələri daxil olduqdan sonra bilinəcək, qabiliyyət imtahanları sentyabrın 17-də başa çatacaq".

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook”da canlı yayım zamanı bildirib.

Onun sözlərinə görə, jurnalistikaya qabiliyyət imtahanında da bu gündən təxminən 1000 nəfərə yaxın şəxs iştirak edəcək, onların yazı işləri də yoxlanmalıdır: "Yazı işlərini yoxlayanlar təkcə ekspertlər deyil, yarısı jurnalistlərdir. Onlar çox zaman bu işlərə biganə yanaşır ki, vaxtım yoxdur. Bir tərəfdən ekspert, bir tərəfdən də peşəkar jurnalistlər yoxlayır, biz də onlardan asılı qalırıq. Yoxlama tam intellektual səviyyədədir, yəni, həmin şəxs bilmir ki, ona kimin yazı işi təqdim olunub. Orda bir bənd var ki, yazı işində abituriyent özü haqda məlumat verə bilməz, verərsə, həmin şəxsin nəticəsi ləğv olunur. Bir qız keçən il yazı işində yazmışdı ki, mən əməkdar artist filankəsin qızıyam, jurnalistlər ona əla yazsa da, biz onun nəticəsini ləğv etdik. Ümumilikdə bu yazıların yoxlanmasının 3-4 gün çəkəcəyini gözləyirik, eyni zamanda qabiliyyət imtahanlarının nəticələri və Moskva Dövlət Universitetinin nəticələri bilindikdən sonra ixtisas seçiminin nəticələri bilinəcək. Sentyabrın 20-də ixtisas seçimi başa çatır, yəqin ki, təxminən 3 gün sonra yerləşdirmənin nəticələrini açıqlaya biləcəyik".

M.Abbaszadənin sözlərinə görə, bəzi ixtisaslar (Məsələn, musiqi, təsviri incəsənət və s.) bu il qabiliyyət imtahanı vermədən müsabiqədə iştirak edə biləcək: “Amma musiqi ixtisasına qəbul olmaq üçün müsabiqəyə ən azı 5 ilik musiqi təhsili olanlar buraxılır, onlar bununla bağlı öz sənədlərini təqdim etməlidirlər, təsviri incəsənət müəllimliyini isə hər kəs öz ərizəsində yaza bilər. Amma bir şeyi də deyim ki, müsabiqədə iştirak etmək üçün bal 60 bal olsa da, keçən illə müqayisədə qabiliyyət tələb etməyən ixtisaslarda müsabiqə balları 100 baldan yuxarı olacaq. Həmin ixtisaslar təkcə Bakıda yox, regional ali məktəblərdə də var. Aşağı nəticə göstərənlər regional ali məktəbləri seçsinlər”. (apa)

Paylaş »
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› “Meşə də azərbaycanlılara qalıb, bilmirik ki, qışda odunu haradan gətirəcəyik”
››› 111 yaşlı qoca uzunömürlülüyünə səbəb olan qəribə qidanın adını açıqladı
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› "Azərbaycanlılar heç yerə getməyiblər, əksinə, 200-300 metr də irəli gəliblər”
››› “Qərblə yaxınlaşmaq Azərbaycana Rusiyaya qarşı manevr imkanı verəcək”
Son xəbərlər
Bütün xəbərlər »