Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"500-dən aşağı bal toplayanların hüquq ixtisasına qəbul olma şansı azdır"

“500-dən aşağı bal toplayanların hüquq ixtisasına qəbul olma şansı azdır. Naxçıvan Dövlət Universitetində, Dövlət İdarəçilik Akademiyası və ADA-da da hüquq fakültələri var”.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, ən yüksək keçid balı ingilis dilində olan hüquq fakültəsindədir: “BDU-da hüquqşünas ixtisası üçün 20 qiyabi, 300 əyani yer var. III qrup üzrə 620-dən yuxarı bal toplayan 308 nəfər var, ehtimal yüksəkdir ki, onlar hüquqa daxil olsunlar. Bir məsələ də budur ki, DTX-nın Akademiyası və Polis Akademiyasına III qrupda kifayət qədər qəbul olan var, ötən il keçid balları 500 baldan yuxarı olub. III qrupda 610 baldan yuxarı bal toplayan 406 nəfər, 600 baldan yuxarı bal qazanan 555 nəfər var. Hər halda 600 baldan yuxarı nəticə göstərən hər kəsin hüquqşünaslığa dövlət sifarişli yerlərə qəbul olmaq şansı var”.

M. Abbaszadə bildirib ki, Polis Akademiyasına qəbul üçün imtahanlarda iştirak edib qəbul olanların əmrləri artıq göndərilib. Ona görə də ixtisas seçimi müsabiqəsində iştirak etmirlər. Bu, Dövlət Təhlükəsizlik Xidmətinin Akademiyasına qəbul olan abituriyentlərə də aiddir. Eyni zamanda Moskva Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olanlar da ümumi müsabiqədən çıxarılacaq.(apa)

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
Son xəbərlər
Bütün xəbərlər »