Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məleykə Abbaszadə abituriyentlərə məsləhət verdi: "Bu ali məktəbləri seçin"

“III qrup üzrə 200-dən yuxarı bal toplayan 15 368 nəfərdisə və onlardan 3000-dən çoxu ümumi planda yer olmadığından kənarda qalır. Bu il III qrup üzrə 82 subbakalavr ərizə verib. Onların da qəbul olma faizi çox aşağıdır. Çünki onların iştirak balı 150-200 bal arasıdır”.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, onlar birinci seçim zamanı regional ali məktəbləri, yaxud da özəl ali təhsil müəssisələrini seçməlidirlər: “Çünki keçən il orada keçid balları aşağı olub. Birinci yerləşdirmədən sonra inanmıram ki, II mərhələ üçün boş yerlər qalsın”.

M.Abbaszadə əlavə edib ki, bu il üçün III qrup üzrə Azərbaycan dili və ədəbiyyat müəllimliyi üçün 30%, ibtidai sinif müəllimliyi üçün 10%, tarix müəllimliyi üçün isə 11% plan yerində artım olub.

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ərdoğanın maaşı nə qədər olacaq...
Son xəbərlər
Bütün xəbərlər »