Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Doktor: Bu saatdan sonra hansısa sərt rejimin faydası olmayacaq

Sentyabrdan başlayaraq yay aylarında yoluxma səviyyəsində azalma müşahidə edilən ölkələrdə belə xəstə sayından kəskin artım qeydə alınıb; - İndiyədək Cənubi Qafqazda ən az yoluxma qeydə alınan qonşu Gürcüstanda sentyabrın gəlişi ilə vəziyyət gərginləşməyə başlayıb.

Bütün dünyanın dekabr ayından bu günə qədər yaşadığı kabus davam edəcəkmi? Yenidən sərt karantin rejiminə keçid gözlənilirmi? Ölüm ya olum sualını “yenidən sərt karantin rejiminə keçəkmi, keçməyəkmi” sualı qarşısında qalmışıq.

Müşfiq Hüseynov Müşfiq Hüseynov

Həkim-farmakoloq, Uluslararası Complete-Pharma Europe əczaçılıq şirkətinin export departamentinin direktoru Müşfiq Hüseynov Bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, mütəxəssislər və dünyanın aparıcı epidemioloqları hələ aprel ayında ehtimal olunan ikinci dalğanın payız ayına təsadüf edəcəyini təxmin edirdilər. Artıq bunu İtlaiya, İspaniya, İsrail, Ukrayna və Türkiyə, Gürcüstan kimi qonşu ölkələrdə görürük. Bəzilərində hava məkanı qapdılıb, turist qəbulu dayandırılıb, bəzilərində məhdudiyyətlər tətbiq olunub. Bizdə pandemiyanın elementləri Avropadan təxminən 1 ay sonra başladı. Azərbaycanda ikinci dalğanın oktyabrın ortalarına təsadüf edəcəyi təxmin edilir.

Müşfiq Hüseynovun fikrinə görə, ikinci dalğanın gücünün birincidən daha dağıdıcı olması ehtimalı da güclüdür.” Əyər Avropa ölkələrində ikinci dalğa haqqında əminliklə danışmaq olardısa, Azərbaycanda buna tam əmin olmaq mümkün deyil. Səbəblərini deyim. Birincisi, dünyanın heç bir ölkəsində Azərbaycan kimi 6 ay davam edən karantin rejimi tətbiq olunmadı. Hər yerdə həyat normal axarına düşdü, sadəcə insanlar özlərini qoruyur. Məsələn 2 həftə əvvəl İstanbul səfərimdə diqqət yetirdim, 20 milyonluq meqapolisdə 3-4 maskasız adam gördüm. Həyat davam edir, sadəcə insanlar öz sağlamlıqlarının qayğısına özləri qalır. Amma bizdə uzun müddət yasaqlar qaldı, bəzi yasaqlar hələ də qalıb”. Həkim bildirib ki, bu səbəbdən Azərbaycanda ikinci dalğa olacaqmı, olacaqsa nə vaxt olacaq, bunu heç kim dəqiq deyə bilməz. Ancaq təxmin edilə bilər. İkincisi, bizdə statistika adına ümumiyyətlə heç nə aparılmadı. Məsələn, fikrimcə əhalinin şox hissəsi evdə müalicə oldu, bu sayı heç kim bilmir. Apteklərdə may-iyul aylarında artan satış rəqəmləri isə bu sayın xəstəxanalara gedənlərdən çox olmasına əminliklə deyir. Tamamilə mümkümdür ki, əhalinin yarısı artıq virusu bu və ya digər vəziyyətdə keçirdib. İkinci dalğa olacaqmı? Çox böyük ehtimalla olacaq. Amma düşünürəm ki, birinci dalğadan heç nə ilə fərqlənməyəcək və yenə saylarla manipulyasiya ediləcək. Bu gün say məsələn, 150-dirsə, sabah gündəlik test sayını 4 qatına artısaq, say 600 olacaq. “Sərtləşdirilmiş karantin rejimi yenidən tətbiq olunmalıdırmı?” Bu sualımıza doktorun cavabı birmənalı oldu.

“ Biz yenicə sərt rejimdən çıxmışıq, rayonlara gediş gəliş 3-4 gündür açılıb. Yenidən qapanmağa nə gərək var? Operativ Qərargah çox yanlış qərarlar verdi. Əyər sərt karantin iyulun 2-si bitsəydi, mən qəti şəkildə deyərdim ki, oktyabr sonu- noyabrda yenidən 2 həftəlik qapanmaya gedək, amma olmadı. Ona görə də, bu saatdan sonra hansısa sərt rejim tətbiqi heç nəyi dəyişməyəcək. Nəzərə alsaq ki, 1 ay sonra yağışlar başlayacaq və hava soyuyacaq, insanların doğal olaraq küçəyə çıxma zamanı da azalacaq. Onsuz da evdə oturacaq çox adam. Küçəyə çıxma yasağının nə mənası. Şəxsi fikrim isə belədir. Yaslara qadağa il sonuna kimi davam etməli, toylar ailəiçi olmaqla, uzağı 50-60 adamlıq, qapalı məkanlarda maska taxma yasağı qalmaq şərtilə həyatımıza davam etməliyik. Hər kəsə məsləhətim, sağlamlığınızı riskə atmayın. Təhlükəli yerlərdə maska taxıb, gigiyenjk qaydalara əməl edib, özünüzü qoruyun”.

İlhamə Rəsulova

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Ermənistanda sakinlər Gümrü-Yerevan avtomobil yolunu bağlayıb
Son xəbərlər
Bütün xəbərlər »