Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Küçənin ortasında kürəyinə paslı bıçaq saplanmış körpə tapıldı

Evinə yollanan kişi küçədə körpə ağlamağının səsini eşidib, ətrafına boylandıqda səsin polietilen torbadan gəldiyini anlayıb. Kişi yaxınlaşıb bükülünü açıb və gördüyü mənzərədən dəhşətə gəlib: paketin içində üzərində çoxlu kəsik yaraları olan, kürəyinə isə paslı bıçaq saplanmış uşaq olub.

“Daily Mail”in məlumatına görə, dəhşətli hadisə Argentinada baş verib.

Bildirilir ki, 31 yaşlı idman müəllimi körpəni qucağına alaraq dərhal yaxınlıqdakı polis məntəqəsinə çatdırıb. Körpə oradan da xəstəxanaya aparılıb və təcili terapiya edilib.

Məlum olub ki, körpə cəmi iki günlükdür. Balacanın bədənində çoxlu kəsik yaraları olub, ancaq daxili orqanlarına zərər dəyməyib. Onun vəziyyəti hazırda stabildir.

Qızcığaza tərcümədə ümid mənasına gələn Esperansa adı verilib.

Körpənin anası artıq müəyyən edilib və saxlanılıb. Bildirilir ki, qadın uşağı dünyaya gətirəndən sonra xəstəxananı tərk edib. Onu hansı cəzanın gözlədiyi isə hələ məlum deyil.(oxu.az)

Paylaş »
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Məktəb direktorunun qızı: Anamı xəstəxanada öldürüblər... - Fotolar
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› Ana oğlunu qorumaq üçün Prezidentə müraciət edib: “Deyirlər, generalı təhqir etmisən”
Son xəbərlər
Bütün xəbərlər »