Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Yüksək rütbəli azərbaycanlı məmurların kürəkənlərinə məxsus şirkətlər - Foto
kurekenler-memurlar

Xəbər verdiyimiz kimi, karantin qaydalarını pozaraq övladına toy edən və buna görə 15 gün müvəqqəti istintaq təcridxanasında saxlanılan Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev barəsində sosial şəbəkələrdə və mətbuatda çoxsaylı məlumatlar yayıldı.

Yeniavaz.com xəbər verir ki, yayılan məlumatlardan sonra sosial şəbəkələrdə digər sabiq məmurların, o cümlədən də sabiq nazirlərin kürəkənləri də müzakirəyə çıxarılıb.

Maraqlı olacağını nəzərə alaraq qayınataları nazir olan və çox gənc yaşlarda böyük biznesə sahib olan həmin şəxslərdən bəzilərinin adlarını təqdim edirik:

Sabiq Fazil Məmmədovun kürəkəni Əbdül Əliyev 1990-cı ildə andan olub. Əbdül Əliyev 24 yaşı olanda Böyük Britaniyanın paytaxtı Londonda “Butarose Limited” adlı şirkətin rəhbəri olub və hal-haırda da bu şirkət fəaliyyətini davam etdirir. Fazil Məmmədovun qızı Selcanxatunla ailə həyatı quran Əbdül Əliyevin Londandakı şirkətlərinin siyahısını təqdim edirik:

1. “Butarose Limited” – (14 fevral 2014)

2. “Butarase Limited” – ( 25 iyul 2014)

3. “Buta Hospitality & Leisure Limited” – ( 29 oktyabr 2014)

4. “Grocr Holdings Limited” – (2 iyun 2015 – 15 may 2019)

5. “Verso İnvestment Limited” – (6 dekabr 2016 – 15 may 2018)

6. “Bridge Street Resturant Limited” – (27 yanvar 2017)

7. “Optiment Finishing Limited” – (11 may 2017)

8. “Okaa Property Limited” – (5 aprel 2019 – 12 aprel 2019)

9. “Ampco 147 Limited” – (16 sentyabr 2019)

10. “Taskerstone Limited” – (22 yanvar 2020)

İqnazio Coracio və Cəmilə Əsgərova İqnazio Coracio və Cəmilə Əsgərova

Qayınatası Azərbaycanda yüksək vəzifə daşıyan şəxslərdən biri də 40 yaşlı İtaliya vətəndaşı İqnazio Coracidir. Bu şəxs “Azərbaycan Hava Yolları” ASC-nin prezidenti Cahangir Əsgərovun qızı Cəmilə Əsgərovanın həyat yoldaşıdır. İqnazio Coracio gənc yaşlarından AZAL-ın İngiltərə ofisində çalışıb. Daha sonra bu ölkədə çoxsaylı şirkətlərə rəhbərlik etməyə başlayıb. Həmin şirkətlərdən bəziləri fəaliyyətini dayandırsa da, fəaliyyətini davam etdirən şirkətlər də var:

1. “Silkway (UK) Ltd” – (20 may 2006)

2. “Gazelli İnternational Limited” – (5 aprel 2008 – 17 dekabr 2008)

3. “Aviation Servicing Company Ltd” – (15 may 2008)

4. “ASC Handling Limited” – (22 yanvar 2013)

5. “Cargo İnvest Limited” – ( 12 avqust 2015)

6. “İcleverweb Ltd” – ( 14 fevral 2014 – 23 fevral 2016)

7. “Airport Servicing Company Limited” – (12 febral 2016)

8. “AS582 Limited” – (12 fevral 2016 – 9 may 2017)

Fəridə Məmmədova və Anar Məmmədov Fəridə Məmmədova və Anar Məmmədov

Həm nazir oğlu, həm də nazir kürəkəni olan Anar Məmmədov da çox gənc yaşlarından böyük biznesə sahib olub. Anar Məmmədovun atası 8 avqust 2002 – 13 fevral 2017-ci il tarixlərində Nəqliyyat naziri olan Ziya Məmmədov, qayınatası isə 22 oktyabr 2013 – 21 aprel 2018-ci illərdə Kənd Təsərrüfatı naziri, hazırda isə Dövlət Dəniz Akademiyasının rektoru olan Heydər Əsədovdur. Heydər Əsədovun qızı Fəridə Məmmədova (Əsədova) ilə evli olan və 1977-ci ildə anadan olan Anar Məmmədov 23 yaşından etibarən Londonda şirkət rəhbəri olaraq fəaliyyət göstərib. Anar Məmmədovun rəhbərlik etdiyi və Londonda qeydiyyatda olan şirkətlərin siyahısı aşağıdaki kimi olub:

1. “Brookwood İnternational Limited” – ( 13 Oktyabr 2000 – 28 Noyabr 2006)

2. “Altempus Capital LTD” – (24 May 2017 – 4 Fevral 2020)

3. “Global Vitality LTD” – (5 Oktyabr 2017 – 31 Mart 2020)

4. “Chelsea İnternational and Limited” – (3 Avqust 2009- )

Atası nazir olub, qaynatası da yüksək vəzifə daşıyan şəxslərdən biri də 1987-ci ildə andan olan Eldar Abbasovdur. Eldar Abbasovun atası 20 fevral 2004 – 12 noyabr 2015-ci il tarixlərində Rabitə və İnformasiya (Yüksək) Texnologiyaları naziri olan Əli Abbasov, qayınatası isə 27 noyabr 2001– 4 sentyabr 2018-ci illərdə “Azərenerji” ASC-ninprezidenti olan Etibar Pirverdiyevdir. Etibar Pirverdiyevin qızı Dünya Pirverdiyeva ilə evli olan Eldar Abbasov 21 aprel 2017-ci ildən “Infipro Limited” şirkətinə rəhbərlik edir.

1. “Infipro Limited” – (21 aprel 2017)

2. “JDE Capital Ltd” – (16 noyabr 2017)

3. “Bittop Limited” – (28 aprel 2018)

Sabiq məmur kürəkənlərindən biri də Anar Mahmudovdur. Anar Mahmudov hazırda həbsdə olan Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin kürəkənidir. 1984-cü ildə andan olan Anar Mahmudov Cahangir Hacıyevin qızı Aida Mahmudova (Hacıyeva) ilə evlidir. Anar Mahmudovun atası isə sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovdur. Anar Mahmudov 11 oktyabr 2018-ci ildən etibarən Londonda qeydiyyatdan keçən “MEA Capital Limited” şirkətinin rəhbəridir. Anar Mahmudovun eyni zamanda Azərbaycanda, Lüksemburqda, İspaniyada və Türkiyədə şirkətləri var. Anar Mahmudovun adı rəsmi sənədlərdə "Diqlas-1" MMC və "Kristal İnşaat" MMC-nin təsisçisi, həm də qanuni nümayəndəsi olaraq qeyd olunur. Bunlardan başqa Anar Mahmudov Türkiyədə "Deha Gömlek Üretim Sanayi ve Ticaret Limited" şirkətinin şəriklərindən biri olub. Həmçinin Anar Mahmudov "Sınalco Gayrimenkul ve Danışmanlık Hizmetleri Anonim" şirkətinin İdarə Heyətinin sədr olub. Eyni zamanda Anar Mahmudov İspaniyada 4 şirkət ("22 Vaquer De Bendinat S.L.", "Son Sana Portals S.L.", "Macent Invest Group SL" və "Majorca Capas Group İnvestment SL"), Lüksemburqda 2 şirkəti ("Utılıcom" və "Konoco .M") yaradıb.

Xarici ölkələrdə şirkət sahibi olan məmur kürəkənlərindən biri də Mərkəzi Bankın sədri Elman Rüstəmovun kürəkənidir. Baş bankirin qızı Günel Rüstəmova ilə evli olan Cümə Əhmədzadə eyni zamanda “Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğludur. 1979-cu ildə anadan olan Cümə Əhmədzadə İngiltərə, Çexiya və Türkiyədə şirkət sahibdir. Londonda həyat yoldaşınının adını daşıyan “Gyunel Limited” şirkəti 10 aprel 2007-ci ildən fəaliyyət göstərir. Cümə Əhmədzadə həm də “Proyekt” MMC, “Muğal” MMC, “Uluyurd” MMC və “Advisors CO” MMC-nin təsisçisidir.

Paylaş »
››› Ehtiyatda olan hərbçilərin təlimə çağırılmasında məqsəd... - Aktual şərh
››› Ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışları başlayıb
››› Müharibə anonsları - Yunanıstan və Ermənistan eyni cəbhədə
››› Сəbhədə vəziyyətin gərginləşməsilə bağlı hərbi ekspertdən açıqlama
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »