Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyanın məşhur telekanalının əməkdaşları tətil edir - Foto

Almaniyanın məşhur telekanalı “Deutsche Welle”nin ("Alman dalğası") bir qrup əməkdaşı tətilə çıxdıqlarını elan ediblər.

Tətil edən jurnalistlər bildiriblər ki, işi buraxmalarının səbəbi çalışdıqları televiziyanın söz verdiyi 6.2 %-lik maaş artımından imtina etməsidir.

Almaniyanın məşhur telekanalının əməkdaşları tətil edir

Onların sözlərinə görə, “Deutsche Welle” rəhbərliyi tətil edən işçilərinə 3%-lik maaş artımı sözünü verib. Səbəb isə koronavirus pandemiyası ilə bağlı media şirkətinin zərərlə işləməsidir. Bu da işçiləri qane etməyib.

Bu gün paytaxt Berlində “Deutsche Welle”nin mərkəzi redaksiyasının önündə keçirilən aksiyada da jurnalistlər maaş artımı ilə bağlı şirkətin verdiyi sözü tutmasını tələb ediblər. Jurnalistlərin aksiyasını Almaniya Jurnalistlər Dərnəyi və Ticarət Birliyi də dəstəkləyib.

Xatırladaq ki, 1953-cü ildə təsis edilən və Almaniyanın beynəlxaq telekanalı olan “Deutsche Welle”də hazırda 1700 redaktor, 4 000 müxbir çalışır. (Report.az)

Son xəbərlər
Bütün xəbərlər »