Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədən Makrona sərt reaksiya

Türkiyə Xarici İşlər Nazirliyi Fransa Prezidenti Emmanuel Makronun Yunanıstanla Türkiyə arasında Aralıq dənizinin şərqindəki gərginliklə əlaqəli açıqlamalarına reaksiya verib.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

“Fransa Prezidenti Makron köhnə müstəmləkə refleksləri ilə yuxarıdan dərs verməyə çalışaraq təkəbbürlü açıqlama verib. Əslində, Makronun açıqlamaları onun öz bacarıqsızlığının və ümidsizliyinin təzahürüdür. Çünki, bütün dünyada sərbəst “at çapdıqları günlər” bitib. Xarici siyasətdə bütün hiyləgər planlarını suya düşürdüyümüz, kirli oyunlarını pozduğumuz Makron daxili ağrısı ilə hər gün həyasızcasına Türkiyəyə və cənab Prezidentimizə qarşı fikirlər səsləndirir.

Fransa prezidenti fərdi və millətçi mövqeyi ilə gərginliyə təşviq edir, Avropa və Aİ-nin (Avropa İttifaqı) böyük maraqlarını riskə atır.

Aralıq dənizindəki və ya başqa bir coğrafiyada olan ölkənin dəniz hüdudlarını təyin etməyə Makronun ixtiyarı yoxdur. Biz Makronun aciz vəziyyətini fransız xalqının mülahizəsinə buraxırıq”, - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, Makron açıqlamasında “Biz avropalılar olaraq Ərdoğana qarşı möhkəm və güclü olmalıyıq. Gərginliyi artırmaqdan çəkinmək istəyirik, amma Türkiyə hökuməti bəzi bölgələrdə niyyətini aydınlaşdırmalıdır. Avropa birləşərək Türkiyə ilə bağlı daha aydın və vahid mövqedə olmalıdır” deyib.

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› Kanada Türkiyəyə dron motorları satmaqdan imtina edib
Son xəbərlər
Bütün xəbərlər »