Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Milli Məclisdə boşanmaların sayının artması müzakirə edilib
Milli Məclis

Bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyasında onlayn formatda ilk iclası keçirilib.

“Report” xəbər verir ki, komitə sədri Hicran Hüseynovanın rəhbərlik etdiyi toplantının gündəliyinə 5 məsələ daxil edilib.

O, komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatı təqdim edib.

Daha sonra 2020-ci ilin payız sessiyası üçün 10 bənddən ibarət iş planı müzakirəyə çıxarılıb və təsdiqlənib.

Komitə iclasında həmçinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı layihə birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən H.Hüseynova bildirib ki, qanunun təhsil üzrə təminatlara dair 5-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də onların ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

İclasda Ailə Məcəlləsinə “ailə” anlayışının daxil edilməsi, alimetlərin verilməsi, uşaqlara qarşı zorakılıqlarla bağlı məsələlər gündəmə gətirilib. Daha sonra isə boşanmaların sayının artmasına toxunulub və və bu məsələlər ətrafılnda dinləmələrin keçirilməsi təklif olunub.

Komitədə müzakirə olunan bütün məsələlər Mili Məclisin plenar iclasına tövsiyə olunub.

Paylaş »
››› Üç il əvvəl baş verən ölüm hadisəsi qəza deyil, qətl imiş
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Yağış və dolu yağacaq
››› Sosial şəbəkənin şantaj qurbanları: Cinayət var, cəza yox
››› 1 milyon qazanmaq üçün əlini qopardan qadın həbs olundu
Son xəbərlər
Bütün xəbərlər »