Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cəlilabadda dağlıq ərazidə yanğın hadisəsi olub

Cəlilabad rayonunda dağlıq ərazidə yanğın hadisəsi baş verib.

Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabad rayonunun Fətullaqışlaq kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.

İlkin məlumata görə, 1 ha sahədə quru ot və kol-kos yanır.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »