Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın Navalnının zəhərlənməsi hadisəsini araşdırmaq üçün komissiya yaradacağı məlumatını təkzib edilib

Kreml Rusiyanın Aleksey Navalnı ilə baş verən insidentlə bağlı komissiya yaratmağa hazırlaşır məlumatlarına münasibət bildirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Navalnı ilə bağlı hadisənin araşdırılması üçün komissiya yaratmaq haqqında xəbərlərin doğru olmadığını söyləyib: “İstisna etmirəm ki, hanasısa anlaşılmazlıq yaranıb. Həqiqətən də Putin italiyalı həmkarı ilə telefon danışığı zamanı Berlindəki xəstə mövzusuna toxunub. Prezident həmkarını istintaqaqədərki fəaliyyət, cinayət işi başlanması üçün de-yure əsasın olmaması və rusiyalı mütəxəssislərin bütün təhlillərinin zəhərləyici maddələrin olmadığını göstərdiyi barədə məlumatlandırıb”.

Kremlin sözçüsü Moskvanın baş vermiş hadisənin bütün detallarının tam ortaya çıxmasında maraqlı olduğunu da vurğulayıb. O, Rusiya tərəfinin almaniyalı həmkarlarından laboratoriyalarda aparılan təhlillərin nəticələri barədə cavab gözlədiyini də xatırladıb.

Qeyd edək ki, İtaliyanın baş naziri Cuzeppe Konte Foglio nəşrinə müshaibəsində Vladimir Putinin Aleksey Navalnı insidentinin araşdırılması üçün komissiya yaratmağa hazırlaşdıqlarını bildirib.

Paylaş »
››› Putin Qarabağ haqqında danışdı
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Türkiyə ilə Yunanıstan arasında növbəti gərginlik
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »