Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş nazirin qardaşı özünü qubernator hesab edir

Milli Məclisin II çağırış deputatı (keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı) Elton Məmmədovun şirkəti kimi tanınan “Bakı-XXI Əsr” MMC fəaliyyətinə xitam verməsi ilə bağlı Report-da məlumat yayılıb.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Elton Məmmədov bildirib ki, sözügedən şirkətin ona aidiyyatı yoxdur.

"Bu şirkətin mənimlə və ailəmizlə heç bir əlaqəsi yoxdur. “Bakı-XXI Əsr” MMC-ni və rəhbərini tanımıram. Əgər deyilənlər doğru olsaydı həmin şirkət bizim adımıza qeydiyyatdan keçərdi. Mənim və qardaşım Ziya Məmmədovun adıçəkilən MMC-yə heç bir bağlılğı yoxdur".

Yeri gəlmişkən Ziya Məmmədovun digər qardaşı İldırım Məmmədov Ucar rayonunda yaşayır. Ucar sakinlərinin dediyinə görə, İldırım Məmmədov hər dəfə müxtəlif obyektlərinin, hektarlarla əkin sahələrinin yerləşdiyi kəndlərə səfər edərkən, sadə camaatdan tələb edirmiş ki, ona İldırım müəllim yox, qubernator deyə xitab etsinlər.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »