Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş nazir: Gürcüstanda pandemiyanın ikinci dalğası başlayıb

Gürcüstanda koronavirus pandemiyasının ikinci dalğası başlayb.

Bunu ölkənin baş naziri Georgi Qaxariya hökumətin iclasında deyib.

O bildirib ki, payız aylarında ikinci dalğa gözlənilirdi: “Ona görə də, əsas odur ki, təşvişə səbəb yoxdur. Biz ikinci dalğanı gözləyirdik və proses başlayıb. Vəziyyət tam nəzarət altındadır”.

Qeyd edək ki, Gürcüstanda yoluxma hallarının artması ilə əlaqədar bır sıra məhdudiyyətlər tətbiq edilib və ya sərtləşdirilib.

Belə ki, qapalı və açıq məkanlarda 200 nəfərdən çox adamın iştirak etdiyi tədbirlərin keçirilməsi qadağan edilib, gecə klublarının fəaliyyəti dayandırılıb, teatr və kinoteatrların açılması noyabrın 1-dək təxirə salınıb, məktəblərdə dərs ilinin başlaması ilə əlaqədar tədbirlərin keçirilməsi qadağan edilib, uşaq bağçalarında təlimlərin başlaması oktyabrın 1-ə keçirilib. Bundan başqa, ictimai nəqliyyatda yalnız tibbi maska ilə hərəkətə icazə verilir.(trend)

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Sərhəddə silahlı insident: iki hərbçimiz şəhid olub
››› Zəngəzurdakı danışıqlara Rüstəm Muradov rəhbərlik edir
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Qeyts keçmiş həyat yoldaşına milyardlarla dollar təzminat ödədi
Son xəbərlər
Bütün xəbərlər »