Oğurluq üçün girdiyi mağazada namaz qıldı, sonra işçilərin çantdasında axtarış apardı.
Bizimyol.info xəbər verir ki, hadisə Bakıda yaşanıb.
Belə ki, namaz qılmaq bəhanəsilə mağazaya daxil olan şəxs işçiləri qarət edib. Hadisə anbaan mağazanın təhlükəsizlik kamerasının yaddaşına köçüb.
Tibbi maskadan istifadə edən şəxs mağaza işçilərinin çantasında axtarış apararkən qapı açılır. Bu zaman o tez namaz qılmağa başlayır. Qapı örtüldükdən sonra isə əməlinə davam edir.