Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda illik inflyasiya 2,9% olaraq qalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 2,9%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 5,3%, qeyri-ərzaq məhsulları üzrə 1,3%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 1% təşkil edib.

Bizimyol.info xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, təkcə avqust ayında isə istehlak qiymətləri indeksi iyul ayına nisbətən 0,2% az, ötən ilin avqust ayına nisbətən isə 2,8% olub. Son 1 ayda arzaq məhsulları, içkilər və tütün məmulatları 0,5% ucuzlaşıv, son 1 ildə isə 4,9% bahalaşıb.

Ay ərzində ayrı-ayrı ərzaq məhsullarından daha çox azalma limonun, bananın, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, üzümün, çiyələyin, qurudulmuş meyvələrin, fındığın, kələmin, pomidorun, balqabağın, bibərin, badımcanın, göy lobyanın, artım isə əsasən yumru düyünün, manna və qarabaşaq yarmasının, vermişelin, spagettinin, qoyun ətinin, kolbasa məmulatlarının, təzə və dondurulmuş balığın, xamanın, yumurtanın, portağalın, əriyin, kivinin, qozun, xiyarın, çuğundurun, yerkökünün, sarımsağın, soğanın, kartofun, çayın, meyvə şirəsinin, pivənin və tütün məmulatlarının qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2020-ci ilin avqust ayında həm qeyri-ərzaq məhsulları, həm də əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi iyul ayına nisbətən dəyişməyib, ötən ilin avqust ayına nisbətən isə müvafiq olaraq 1,4% və 1,1% artıb.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
Son xəbərlər
Bütün xəbərlər »