Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı Nəqliyyat Agentliyi deputatı böyük məbləğdə cərimələyib

“Sovet vaxtı məcburi təyinat var idi. Hesab edirəm ki, dövlət ali məktəbi qurtaranlara güzəştə getsin və təyinatları məcburi olsun”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev deyib.

O Bakı Nəqliyyat Agentliyini (BNA) sərt tənqid edib: “Mən də taksilərin fəaliyyətində qayda-qanunun yaradılmasına tərəfdaram. Amma hamımız bilirik ki, bunun axırı hara gedir. BNA-nın əməkdaşları niyə şəkil çəkib qaçır? Gəlib izah etsinlər ki, burada saxlama, orada saxla. Daha niyə şəkil çəkən kimi qaçırlar? Təklif edirəm ki, harada dayanma-durma qadağandırsa yazsınlar ki, burada 5, 10 dəqiqə durmaq olmaz. Mən sürücümdən soruşdum ki, il ərzində nə qədər cərimə yığılıb. Mən cərimənin məbləğini burada açıqlamaq istəmirəm, amma böyük bir rəqəm idi. Dedim ki, get ödə. BNA-ın mühüm şəxslərini dəvət edək və soruşaq ki, cərimələrdən yığılan pullar hara gedir?”.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »