Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda vətəndaşlardan Türkiyəyə jest - Foto

Ermənistanın hərbi hücumlarını qınayan və mövcud münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll olunmasını dəstəkləyən Türkiyəyə Azərbaycan vətəndaşlarından möhtəşəm jest edilib.

Bizimyol.info xəbər verir ki, bu jest Binəqədi rayonu, Biləcəri qəsəbəsində bir küçədə divar sənəti vasitəsilə edilib.

Belə ki, üzbəüz binaların divarına çəkilən Azərbaycan Respublikasının dövlət bayrağının və Türkiyə Cümhuriyyətinin dövlət bayrağının rəsimləri əhalinin rəğbətinə səbəb olub. Küçəyə gözəllik gətirib.

Bu rəsimlər Azərbaycan - Türkiyə ittifaqının, qardaşlığının və həmrəyliyinin nə qədər doğru olduğunu, xalqımızın və millətimizin bu qardaşlığa necə böyük əhəmiyyət verdiyinin bariz nümunəsidir. İnsanlarımız bu qardaşlıqdan ortaya çıxacaq töhfələrə çox böyük ümidlər bəsləyir.

Azərbaycan Türkiyə bayraqları

12 iyul 2020 – 16 iyul 2020-c il tarixlərində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tavuş mərzi və Tovuz rayonu əraziləri boyunca başlayan döyüşlərdə Azərbaycanın ədalətli mövqeyini yüksək səviyyədə dəstəkləyən qardaş Türkiyə dövləti oldu.

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
Son xəbərlər
Bütün xəbərlər »