Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Natiq Cəfərli: Şuralar Nazirlər Kabinetinin dublikatıdır

Xəbər verdiyimiz kimi dünən dövlət başçısı Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanının ləğv edilməsi barədə Fərman imzalayıb. Fərmana görə, bundan sonra Maliyyə Sabitliyi Şurası İqtisadi Şura adlanacaq.

Əvvəlkindən fərqli olaraq indiki Şuranın təkibinə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri də daxil edilib.

Maraqlıdır, ölkədə yaradılan müxtəlif şura və komissiyalar konkret hansı işi görür.

Bizimyol.info olaraq aydınlaşdırmağa çalışdıq, hər bir sahəni əhatə edən konkret qurum və təşkilatlar mövcuddursa şuralar hansı funksiyanı yerinə yetirir?

Fərmanda göstərilirdi ki, Şura tərəfindən yerli və xarici ekspertlər, mütəxəssislər, beynəlxalq təşkilatlar və elmi müəssisələr cəlb oluna, müxtəlif dövlət orqanlarının və maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yaradıla bilər.

Qubad İbadoğlu Qubad İbadoğlu

İqtisadçı Qubad İbadoğlu hesab edir ki, əslində belə Şura yalnız hökümət üzvlərindən ibarət olmalı deyil. “Şura o zaman effektiv olar ki, orda fəqli fikir söyləyənlər də olsun. Odur ki, Şuranın adı deyil, tərkibi zənginləşməli və alternativ mövqelərə malik olan müstəqil mütəxəssislər Şuraya cəlb edilməlidir”.

REAL partiyasının öncüllərindən olan iqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, yaradılan hər hansı şura Nazirlər Kabinetinin sadəcə dublikatıdır.

Natiq Cəfərli Natiq Cəfərli

“Əgər Nazirlər Kabineti varsa, Şura nəyə lazımdır, Şura varsa Kabinet nə iş görür?

Bu yanaşmanın özünün doğru olmadığını düşünürəm. Ayrı- ayrı qurumların yaranması onu göstərir ki, ənənəvi idarəetmə mexanizmi işləmir və problemlər var. Eyni adamları müxtəlif şuralarda cəmləməyin nə adı var, onu da bilmirəm.Əksəriyyəti Nazirlər Kabinetinin üzvləridir, ya nazirlərdir, ya da Prezident Admnistrasiyasının üzvləridir.Rəhbər yenə Baş nazir.Əgər bu dolayı etirafdırsa ki, ənənəvi idarəetmə mexanizmi işləmir, həlli yolu şuraların yaradılması demək deyil, ümumilikdə srukturların dəyişməsindən keçir. Prezident respublikalarının böyük əksəriyyətində Nazirlər Kabineti ümumiyyətlə olmur.Nazirlər Kabineti ayrı-ayrı qurumlarda və şuralarda təmsil olunacaqsa, Nazirlər Kabineti nəyə lazımdır, ləğv olunsun, icra strukturları yaradılıb birbaşa prezidentə tabe olsun.Yeni idarəetmə formasına keçid labüddür. İcra hakimiyyətlərində islahatlar aparılır, əvəzlənmələr , həbslər olur, yenə problemlər qalır.Şəxslərin yox, sistemin dəyişməsi lazımdır.İqtisadi idarəetmədə müxtəlif şuraların yaranması o deməkdir ki, idarəetmənin kodları dəyişməlidir,hökumət kiçik və effetktiv idarəetmə modelinə keçməlidir.Dünən yaradlan Şura 2016-cı ildə Yaradılmış Maliyyə Çurasının davamıdır, istiqamət başa düşüləndir, məntiqlidir, kompakt idarəetmə modelini ehtiva edir, amma müvəqqətidir daimi və oturucu həll yolu deyil.

Beynəlxalq təcrübədə Şura anlayışı yalnız post- sovet məkanında olub.Qazaxıstan və Rusiya sistemi dəyişdi. Ümumiyyətlə, adında Şura olan bir şeydən xeyir gəlməz.4 ildə görüb konkret olaraq ortaya çıxardıqları bir iş görməmişəm. Nə hansısa layihə, nə islahat paketi təqdim etməyiblər. Sanki alternativ bir Nazirlər Kabineti yaradılıb”.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »