Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: “Azərbaycanda Azərbaycan dilindən başqa bütün dillərdə reklam var”

“Azərbaycanda Azərbaycan dilindən başqa bütün dillərdə reklam var”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Vahid Əhmədov bildirib.

V. Əhmədov deyib ki, “Reklam haqqında” qanun qəbul olunsa da, icra olunmur: “Burada xüsusən dil məsələsinə dair tələblər yerinə yetirilmir. Ona görə də xahiş edirəm ki, Reklam Agentliyini də dəvət edərək reklamla bağlı dinləmələr keçirək”.

Millət vəkili qeyd edib ki, nəhayət, Rəqabət Məcəlləsini qəbul etmək lazımdır: “Rəqabət Məcəlləsi hələ də bizə gəlib çatmayıb. Bu Məcəllə qəbul olunsa, sahibkarların 30-40 faizi normal fəaliyyət göstərir. Bəzi dövlət şirkətləri özəlləşdirməyə hazırlanır. Mənə məlumat gəlib çatıb ki, dövlət şirkətlərinin rəhbərləri bəzi sahələrə öz qohumlarını yerləşdirməyə başlayıblar. Ona görə də Rəqabət Məcəlləsi qəbul edilməlidir”.

Paylaş »
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› “Meşə də azərbaycanlılara qalıb, bilmirik ki, qışda odunu haradan gətirəcəyik”
››› 111 yaşlı qoca uzunömürlülüyünə səbəb olan qəribə qidanın adını açıqladı
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› "Azərbaycanlılar heç yerə getməyiblər, əksinə, 200-300 metr də irəli gəliblər”
››› “Qərblə yaxınlaşmaq Azərbaycana Rusiyaya qarşı manevr imkanı verəcək”
Son xəbərlər
Bütün xəbərlər »