Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: Pandemiya zamanı işdən ayrılmış həkimlər heç yerdə işə götürülməsin

Bizimyol.info xəbər verir ki, dünən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədrinin müavini Məlahət İbrahimqızı bir çox xəstəxanaların baş həkimlərinin müraciətini iclas iştirakçılarının diqqətinə çatdırıb.

“Bi çox həkimlər pandemiya başlayarkən öz ərizələri ilə işdən ayrılıblar. Onlar öz ailələrinə virus aparmaq, ailələrini təhlükə ilə üz- üzə qoymaq istəməyiblər. Əlbəttə bu onların haqqı idi. Amma həmin həkimlər bu gün yenidn öz işlərinə bərpa olunmaq üçün mübarizə aparırlar.Baş həkimlər belə həkimlərə qarşı Əmək Məcəlləsində dəyşiklik edilməsini xahiş edirlər. Bu mənim fikrim deyil. Bunu onlar istəyirlər. Pandemiya dövründə bizim çoxlu sayda həkimlərimiz dünyasını dəyişdi, onlar ön cəbhədə fədakarlıq göstərdilər.Bütün dünyada, eləcə də ölkəmizdə həkim çatışmazlığı yaşandı. Lakin gedən həkimlər barədə nə demək olar. Bu ona bənzəyir ki, generallar müharibə zamanı əsgəri atıb getmiş, müharibə qurtarandan sonra sonra geri dönüb öz vəziflərinə bərpa olunmaq istəyirlər.Əmək Məcəlləsində elə dəyişiklik edilsin ki, qoyub qaçan həkimləri heç bir yerdə, hətta özəl strukturda belə işə götürülməsinlər”.

İlhamə Rəsulova

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »