Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tikinti sektoru sürətlə inkişaf etsə də, sənədləşmədə problemlər qalmaqdadır

“Xarici ölkə vətəndaşlarının isə bizim ölkənin daşınmaz əmlak sektoruna maraqlarının olmamasının isə müxtəlif haqlı səbəbləri var. İlk olaraq tikilmiş və tikilməkdə olan əksər yeni binaların cıxarışlarının olmaması xarici vətəndaşların bu sektordan yararlana bilməsinə imkan vermir”.

Bu açıqlamanı Bizimyol.info-ya əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev verib.

Elnur Fərzəliyev Elnur Fərzəliyev

“Digər ölkələrdə oldugu kimi hər il paytaxt Bakı şəhərində də dünya ölkələrinin daşınmaz əmlak sərgiləri kecirilir. Kecmiş MDB, Avropa, Türkiyə və digər ölkələrin tikinti şirkətləri, daşınmaz əmlak agentliklərinin nümayəndələri həmin sərgilərdə iştirak edirlər. Bu sərgilərdə iştirak edən xarici ölkə nümayəndələrinin əsas məqsədləri öz ölkələrinin daşınmaz əmlaklarını dünya bazarına cıxarmaq və həmin sektora xarici investorlar tapmaqdır. Sərgilərdə təqdim olunan xarici ölkələrdəki daşınmaz əmlaklar cıxarışlı, tikinti standartlarına uygun və bir coxlarıda uzun müddətli uygun faizli kreditlərlə təklif olunur. Bəzi ölkələr hətta onların ölkələrinin daşınmaz əmlaklarına ciddi yatırımlar edən xarici vətəndaşlara daimi yaşama hüququ belə təklif edirlər”,- deyən ekspertin fikirinə görə hər il ölkəmizdə kecirilən bu sərgilər və həmin ölkələrin tikinti şirkətlərinin ölkəmizdə apardıqları reklam təbligatları nəticəsində ölkəmizdən milyonlarla dollar pullar müxtəlif xarici ölkələrin daşınmaz əmlak sektorlarına yatırılır. Bu cür hallar isə ölkəmizin iqtisadiyyatına cox ciddi mənfi təsir göstərir. Çünki…Çünkisi illərdir paytaxt Bakıda və Abşeron yarımadasında aparılan tikinti işləri zamanı sənədləşdirmə prosedurunda yol verilən boşluqlardır. 20-30 il evində yaşayıb mənzilinə qeydiyyata düşə bilməyən milyonlarla insane var.

“Xarici ölkə vətəndaşlarının isə bizim ölkənin daşınmaz əmlak sektoruna maraqlarının olmamasının isə müxtəlif haqlı səbəbləri var. İlk olaraq tikilmiş və tikilməkdə olan əksər yeni binaların cıxarışlarının olmaması xarici vətəndaşların bu sektordan yararlana bilməsinə imkan vermir. Qanunun tələblərinə uygun olaraq xarici vətəndaş ölkəmizdən daşınmaz əmlak ala bilməsi ücün mütləq şəkildə həmin əmlakın cıxarışı olmalıdır. İllərdir ki tikinti sektoru ölkəmizdə cox sürətlə inkişaf etsədə bu sahənin sənədləşmə prosedurunda hələdə ciddi boşluqlar mövcuddur. O səbəbdən nəinki xarici vətəndaşlar ölkəmizdəki daşınmaz əmlaklara yatırımlar etmir, hətta yerli vətəndaşlatımız belə artıq xarici ölkələrin bu sektorlarına ciddi yatırımlar etməyə başlayıblar. Əsas səbəb isə ölkəmizdə bu sahənin idarə olunmasındakı ciddi boşluqlar və süründürməciliklərdir”,- deyə ekspert qeyd edib

Əmlak Məsələləri Dövlət Komitəsində qanunsuz evlərin sənədləşdirilməsi istiqamətdə işlərin həyata keçirilməsi üçün işçi qrupu yaradılıb. Konsepsiya hazırlanaraq Prezident Administrasiyasına təqdim edilib.

Ötən ilin dekabr ayından başlayaraq Bakının müxtəlif rayonlarında qanunsuz tikilən evlərin sənədləşdirilməsi istiqamətində işlərə başlanılmışdı. Bu məqsədlə paytaxtın müxtəlif rayonlarında sakinlərlə sorğu-sual aparılır, onlarda qanunsuz tikili ilə bağlı hansı sənədlərin olduğu araşdırılırdı. Hətta sakinlərə bələdiyyələr tərəfindən sorğu blankları verilir və torpaq üçün hansı sənədlərinin olduğu barədə məlumat toplanırdı. Sputnik Azərbaycan qanunsuz tikililərin sənədləşdirilməsi prosesinin hansı mərhələdə olduğunu, dayandırılmasının səbəblərini araşdırıb.

Aprel ayında sənədsiz evlərin sənədləşdirilməsi nəzərdə tutulsa da, hələ ki onların çoxu qeydiyyata alınmayıb.Sənədsiz evlərin qeydiyyatı üçün ötən ilin sonlarından bələdiyyələrə verilən tapşırıq əsasında qeydiyyat aparılırdı. Bələdiyyə müfəttişləri öz ərazilərində sənədsiz evləri qeydiyyata alırdılar. Bəzi vətəndaşlar özləri bunun üçün bələdiyyəyə müraciət edirdilər. Sənədsiz evlərlə bağlı Prezident Administrasiyası rəhbəri sərəncam verib. Həmin sərəncamla reyestrdən keçməyən evlərin sənədləşdirilməsi ilə bağlı 26 sualdan ibarət sorğu blankı hazırlanıb. Bu suallar yaşayış evinin və torpaq sahəsinin ünvanı, yaşayış evinin və torpaq sahəsinin sahibi, yaşayış evinin tikintialtı sahəsi, evin hündürlüyü və evin mərtəbəliliyi, otaqların sayı, kommunikasiyalarla təminatı, evin inşa olunduğu il, evin tikintisinə dair sənədlər, evdə yaşayan şəxslər barədə məlumatlar, yaşayış evinin dövlət müəssisəsinin ərazisində yerləşib-yerləşmədiyinə dair məlumatlarla bağlıdır.

Hələlik müvafiq qurumlar prossesin dayanmasını koronavirus pandemiyası ilə əlaqələndirirlər.Hərçənd pandemiyaya qədər biz bu məsələnin həllində illərimizi itirmişik. Pandemiya sadəcə yaxşı bəhanə oldu.Yaşayarıq, görərik, pandemiya bitdikdən sonra bu xəmir nə qədər su aparacaq.

İlhamə Rəsulova

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Kadırovdan Makrona jest: Məhəmməd adı qoyulan uşaqlara görə pul paylayacaq
Son xəbərlər
Bütün xəbərlər »