Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ukraynada İŞİD liderlərindən biri saxlanıldı - Foto
ИГИЛ из Азербайджана

Ukraynanın paytaxtı Kiyevdə Təhlükəsizlik Xidmətinin əməkdaşları İnterpol xətti ilə beynəlxalq axtarışda olan İŞİD liderlərindən birini yaxalayıb.

“Qafqazinfo” Ukrayna mətbuatına istinadən xəbər verir ki, cinayətkarın postsovet ölkələrindən birindən gəldiyi və İŞİD rəhbərliyinin üzvü olduğu bildirilir.

Ukraynada İŞİD liderlərindən biri saxlanıldı - Foto

Saxlanılan şəxsin bir vaxtlar 2016-cı ildə Atatürk Beynəlxalq Hava Limanında terror hücumu təşkil etməkdə şübhəli bilinən çeçen radikal islamçı Əhməd Çatayevin köməkçisi olduğu təsbit edildi.

Saxlanılan şəxs Suriya və İraqda döyüş əməliyyatlarında iştirak edib, silahlıların seçilməsi və təlimləri ilə məşğul olub, terror hücumları təşkil edib.

“2018-ci ildə terrorçu saxta sənədlə qanunsuz olaraq Ukraynaya keçib. O, Orta Asiya ölkələrindən gələnlərdən ibarət cinayətkar qruplaşma yaradıb, bu müddət ərzində xaricdəki İŞİD təşkilatlarını koordinasiya etməyə davam edib”, - deyə Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatında deyilir.

Hazırda terrorçunu 40 sutkalıq həbs gözləyir. Ekstradisiya yoxlama proseduru başlayıb.

Onun, həmçinin, beynəlxalq cinayətkarlıqda və Ukrayna ərazisində terror aktlarının hazırlanmasında mümkün iştirakı araşdırılır.

Paylaş »
››› Ehtiyatda olan hərbçilərin təlimə çağırılmasında məqsəd... - Aktual şərh
››› Ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışları başlayıb
››› Müharibə anonsları - Yunanıstan və Ermənistan eyni cəbhədə
››› Сəbhədə vəziyyətin gərginləşməsilə bağlı hərbi ekspertdən açıqlama
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »