Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İbrahim Tatlısəsin uşaq peşmanlığı
ibrahim10---==--00

Türkiyənin ölkəmizdə də məşhur olan müğənnisi İbrahim Tatlısəs 7 övladı olduğunu açıqlayıb.

O, sayın çoxluğuna görə peşmanlığını gizlətməyib.

Bizimyol.info xəbər verir ki, böyük oğlu ilə polis bölməsinə düşən İbrahim Tatlısəs buna görə çox mütəəssir olub. Müğənni sosial şəbəkə hesabında yazıb: “İndki ağlım olsaydı, 7 uşağa razı olmazdım. Allah insana övladın da xeyirlisini versin. Vermirsə, onda heç verməsin. Çünki azı qərar, çoxu zərər. Prezidentimizin dediyi kimi, 3 uşaq yetər”.

Bir neçə il əvvəl başından güllələnən İbrahim Tatlısəs hələ də tam bərpa olunmayıb. Buna baxmayaraq, onun televiziyaya qayıtması gözlənilir. Müğənni “Star TV” telekanalında “İbo Show”ilə tamaşaçıların görüşünə gələcək. Verilişin oktyabrdan yayımlanması gözlənilir.

İbrahim Tatlısəs televiziyada axırıncı dəfə 9 il əvvəl layihə ilə çıxış etmişdi. 2011-ci il martın 14-də güllələnəndən sonra sənətini davam etdirə bilməyib.

Paylaş »
››› Üç il əvvəl baş verən ölüm hadisəsi qəza deyil, qətl imiş
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Yağış və dolu yağacaq
››› Sosial şəbəkənin şantaj qurbanları: Cinayət var, cəza yox
››› 1 milyon qazanmaq üçün əlini qopardan qadın həbs olundu
Son xəbərlər
Bütün xəbərlər »