Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ceyhun Bayramov BMT-nin rezident əlaqələndiricisi ilə görüşüb

Cari ilin 9 sentyabr tarixində Xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan Respublikasında rezident əlaqələndiricisi Qulam İsakzaini qəbul edib.

Tərəflər BMT və Azərbaycan arasında qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi aparıblar.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin BMT Baş Assambleyasının koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsünün yüksək qiymətləndirildiyi vurğulanıb və hazırda xüsusi sessiyanın yüksək səviyyəli iclasının format və modallıqları üzrə konkret müzakirələrin getdiyi qeyd olunub.

Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, Ermənistan silahlı qüvvələri tərəfindən iki ölkənin sərhədində Azərbaycanın Tovuz rayonu istiqamətində törədilən son təxribat, Ermənistanın öncədən planlaşdırdığı bu hərbi təxribatla güddüyü məqsədləri, eləcə də Azərbaycan tərəfindən bu məsələnin beynəlxalq təşkilatlar çərçivəsində qaldırılması, o cümlədən BMT Baş katibinə məktubun ünvanlanmasından bəhs edib.

Rezident əlaqələndirici Qulam İsakzai iki ölkə sərhədində baş vermiş son insident ilə bağlı BMT Baş katibinin açıqlamasına istinad edib, BMT rəhbərinin bu xüsusda fəal rolunu qeyd edib və BMT-nin münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu bildirib.

Görüşdə, habelə cari ildə BMT-nin 75 illiyi ilə əlaqədar birgə tədbirlərin həyata keçirilməsi təşəbbüsləri müzakirə olunub.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Paylaş »
››› Paşinyanın arvadı ilə bağlı araşdırma aparılır
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Vladimir Jirinovski: “Rusların, Moskvanın acığına Njde kimi faşistlərə abidələr ucaldılır”
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› DSX-nin əsgəri özünü güllələyib
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
Son xəbərlər
Bütün xəbərlər »