Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Virusa qalib gələn 99 yaşlı qadın: “Müharibə daha pis idi”

Pandemiyanın ilk günlərində yaşlıların virusa müqavimət gücünün aşağı olması xüsusi qabardılırdı. Amma onlar heç də həmişə infeksiyaya asan təslim olmurlar.

Bizimyol.info xəbər verir ki, Almaniyada 99 yaşlı qadın virusa qalib gəlib. “Deutche Welle”yə danışan Elza indi özünü yaxşı hiss edir. Az qala, bir əsr yaşayan qadın uzun müddət müalicə prosesi keçib. O, həmin müddətdə özlüyündə bir çox məsələlərə aydınlıq gətirməyə çalışıb. İkinci Dünya Müharibəsinin məşəqqətini görən Elza bir mətləbi müəyyənləşdirib.

“Özümə çox sual verdim. Hansı daha təhlükəliydi: müharibə, yoxsa epidemiya? Məncə, müharibə daha pis idi”, - Elza belə deyir.

Alman qadın indi çəkdiyi əziyyətlərin çoxunu xatırlamaq istəmir. Elza bütün gerçəkləri özünə deməyi bacarmaq lazım gəldiyini düşünür: “Bu yaşa qədər gəlmək asan deyil. Düzünü deməyimi istəyirsiniz? 100 yaşım tamam olmadan ölmək istərdim. Bircə məqsədim var. Gənclərə göstərim ki, 100 yaşında da ayaqda olmaq mümkündür”.

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »