Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qarabağ"dan UEFA-nın qərarı ilə bağlı açıqlama

"Qarabağ" klubu Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"si ilə oyunun Kiprin Larnaka şəhərinə salınmasına münasibət bildirib.

Ağdam təmsilçisinin baş meneceri Asif Əsgərov "Report"a açıqlamasında UEFA-nın belə qərar qəbul edə biləcəyini gözlədiklərini söyləyib.

Onun sözlərinə görə, Norveç hökumətinin addımı ədalətsizdir: "UEFA-dan istənilən qərarı gözləyirdik. Qitə futbol qurumuna da bildirdik ki, Norveç hökumətinin qəbul etdiyi qərar ədalətsizdir. Digər federasiyaların UEFA-ya göstərdiyi münasibəti Norveç Futbol Federasiyası göstərmədi. Bunu ədalətsizlik hesab edirik. Onlar futbol qanunlarını yox, öz klublarını düşündülər. Bu da federasiya baxımından qəbuledilməz xətdir".

A.Əsgərov bildirib ki, UEFA dövlətlərin qərarlarına müdaxilə edə bilmədiyi üçün bu addımı atıb: "Normalda qurum bizim arqumentlərimizə indiyədək cavab verə bilmir, haqlı olduğumuzu deyirlər. Sadəcə, məqsəd futbolun olmasıdır. Bunu əngəlləyəcək hansısa səbəb varsa, UEFA buna uyğun qərar verməlidir. Bilirsiniz ki, Norveç klubu Bakıdan qayıtdıqdan sonra 10 gün karantində qalmalı idi".

"Qarabağ" rəsmisi oyunun keçirilmə yeri olaraq Kipri seçmələrinin səbəbini də izah edib: "Vaxt çox azdır. Kiprə hamımız komanda ilə birlikdə gedəcəyik. Təşkilati məsələlər nominal meydan sahibi kimi bizə aid olacaq. Burada viza məsələsi də rol oynadı. Digər 3 ölkəyə Şengen vizası lazım olacaqdı. Bunu isə 2-3 gün ərzində etmək mümkün deyildi. Kipr hökumətinin yalnız komandanın üzvlərinə hava limanında viza təşkil etməsi üçün danışıq aparırıq".

Qeyd edək ki, sentyabrın 17-də "AEK Arena"da keçiriləcək "Qarabağ" - "Molde" oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »