Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tofiq Yaqublu aclığı dayandırmayacağını bildirib: “Ya azadlıq, ya dönüşsüz yol...”

Müsavat partiyasının və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu 8-ci gündür ki, həbsdə aclığı davam etdirir.

Bizimyol.info-xəbər verir ki, T.Yaqublu sentyabrın 9-da ailə üzvlərilə telefonla əlaqə saxlayarkən aclığı dayandırmayacağını bildirib. T.Yaqublunun qızının həyat yoldaşı, AXCP sədrinin müavini Seymur Həzinin sözlərinə görə, T.Yaqublu telefon danışığında ona dəstək olanlara, xüsusən həmrəylik nümayiş etdirib aclıq edənlərə təşəkkürünün çatdırılmasını istəyib.

Seymur Həzi Seymur Həzi

T.Yaqublunun sağlıq durumuna gəlincə, S.Həzi aclığın onun səhhətinə kəskin təsir göstərdiyini, amma bu məsələdə israrlı olduğunu vurğulayıb.

Yaxınlarının sözlərinə görə, T.Yaqublu clığı dayandırmaq haqda deyilənlərə belə cavab verib: “Sona qədər gedəcəm, bu, söz davası deyil. Fikrim son dərəcə qətidir, iradəm tam yetkindir. Özümü bu mübarizəyə kifayət qədər hazır hiss edirəm. Ya azadlıq, ya da dönüşsüz yol! Heç bir məcburi qidalanma da mümkün deyil”.

S.Həzi onu da bildirib ki, T.Yaqublu ailə üzvlərilə hər gün telefon danışığına şərait yaradılmamasından narazıdır.

T.Yaqublunun vəkili Elçin Sadıqov da sentyabrın 9-da istintaq təcridxanasında onunla görüşüb. Vəkilin sözlərinə görə, T.Yaqublunun durumunda 8 gündür aclıq etməsi özünü aşkar göstərir: "Çox zəifləyib, halsızdır, güclə yeriyirdi. Baş ağrıları və başgicəllənmələri var. Gözləri dərin çuxura düşmüşdü sanki...”

T.Yaqublunun sağlıq durumunun hər keçən gün daha da pisləşdiyini, onun həyatını itirmək təhlükəsilə üz-üzə qaldığını vurğulayan vəkilin sözlərinə görə, buna baxmayaraq, müvəkkili aclığı dayandırmayacağını deyib: “Bu qədər zəif və halsız olmağına baxmayaraq, bildirdi ki, mübarizə əzmindədir. Aclığı dayandırmaq barədə qətiyyən düşünmür...”

T.Yaqublu martın 22-dən həbsdədir. Sentyabrın 3-də Nizami rayon Məhkəməsində onun 4 il 3 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb. T.Yaqublu CM-in 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsilə təqsirli bilinib. İddia olunur ki, T.Yaqublu avtomobili ilə qəza törədib, daha sonra o biri maşında olan ər-arvadı – Elxan və Cəvahir Cəbrayılovları döyüb, xəsarət yetirib.

T.Yaqublu ittihamın saxta olduğunu bəyan edib. O bildirib ki, “8-ci kilometr bazarı”nın qarşısında park olunmuş maşınında əyləşib bazardan qayıdacaq həyat yoldaşını gözlədiyi vaxt maşını qəsdən vurulub. Daha sonra maşını vuran sürücü Elxan Cəbrayılov və yanında olan Cəvahir Cəbrayılova ona hücum edib. Həmin vaxt anlayıb ki, bu təxribatdır.

T.Yaqublu bundan öncə də 2014-cü ildə İsmayıllı hadisələrinə görə həbs olunmuş, 2016-cı ilin martında azadlığa çıxmışdı. O, Milli Şuranın ötən il oktyabrın 19-da keçirdiyi mitinqdə də 30 günlük inzibati həbs cəzası almışdı. Sonuncu həbs zamanı T.Yaqublu ağır işgəncələrə məruz qaldığını bildirmişdi. Daxili İşlər Nazirliyi isə onun işgəncəyə məruz qalması barədə söylədiklərini təkzib etmişdi.

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
Son xəbərlər
Bütün xəbərlər »