Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir milyard insan yaşayış yerini dəyişəcək

İqlim dəyişikliyi dünyanın ümumi mənzərəsini kəskin dəyişməyi vəd edir. 2050-ci ilə qədər xeyli dəyişikliklərin olacağı gözlənilir.

Bizimyol.info xəbər verir ki, qarşıdakı 30 il ərzində təxminən bir milyard insan başqa yaşayış yeri axtarmaq məcburiyyərində qalacaq. Buna daha çox fırtınalar, sellər, su qıtlığı, ərzaq çatışmazlığı səbəb olacaq.

Londonda yerləşən İqtisadiyyat və Sülh İnstitutu araşdırmasının nəticələrini açıqlayıb. Məhz bu araşdırma təxminən bir milyard insanın yaşayış yerini dəyişdirəcəyini ortaya qoyub. Daha çox Afrika sahillərinin, Anqola və Madaqaskarla yanaşı, qitənin bir çox cənub ölkələrinin, Suriyadan Pakistana qədər Orta Şərqin bəzi dövlətlərinin sakinləri başqa yerə köçəcək.

İnstitutun araşdırması avropalılar üçün böyük təhlükə olmadığını üzə çıxarıb. Araşdırma rəhbərlərindən Stiv Killelea bildirib ki, dünya siyasətindəki manevrlər də insanların zərərinə işləyəcək. Avropa bu mənada daha sabit yer sayılır.

Son xəbərlər