Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neft qiymətləri - "Valyuta axınının azalması devalvasiya riskini ortaya qoyur"

“Hazırda neft qiymətinin 3 ssenarisi üzrə (35 $, 40 $, 45 $) proqnozlara əsasən 2020-ci ilin sonunda ÜDM-in azalması gözlənilir. Neftin qiymətinin 40 $ ssenarisində 2020-ci ildə ÜDM 3,7 % az olmaqla 70,9 mlrd. manat, qeyri-neft ÜDM isə 2,9 % az olmaqla, 50,4 mlrd. manat həcmində proqnozlaşdırılır. 2021-ci il üçün iqtisadi artımın nisbətən bərpa edilməsi ilə ölkədə ÜDM-in həcmi 2024-cü ildə 89,5 milyard manata qədər artacaq”.

Bu fikirləri Bizimyol.info-ya iqtisadçı, “Spektr” Sosial-İqtisadi Araşdırmalar və İnkişaf İctimai Birliyi idarə heyətinin sədri Ramil Abbasov səsləndirib.

Ramil Abbasov Ramil Abbasov

“ Qeyri-neft ÜDM-in növbəti ildə 3,5 % real artımla 53,6 milyard manat təşkil edəcəyi gözlənilir. Göstərilən proqnoz hökümət tərəfindən verilib. Amma unutmamalıyıq ki, pandemiya davam edir. Buna görə proqnozların tez-tez dəyişməsinin şahidi oluruq. Beynəlxalq Valyuta Fondu dünya iqtisadiyyatının 3 faiz azalmasına dair verdiyi proqnoz iyun ayında 4,9 faizədək artdı. Bununla yanaşı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi may ayında ilin sonuna ÜDM-in 3,8 faiz azalacağını proqnozlaşdırırdısa iyul ayında yeniləyərək 5,0 faiz olaraq qərarlaşdı. Həmçinin Azərbaycan neftinin qiymətinin proqnozunda kəskin fərq yarandı. Son aylarda qiymətdə bir qədər stabillik və artım müşahidə olunsa da yenidən azalmağa başlayıb. Əslində bundan əvvəl də qiymətdə olan artım vaksinin tapılması xəbərinin gəlməsi ilə əlaqədar idisə indi isə əksinə noyabrda yeni dalğanın başlayacağı ilə əlaqədar neftin qiyməti düşməyə başlayıb. Ən pis ssenaridə isə əgər dalğa real olaraq başlasa o zaman ciddi problemlə üzləşə bilərik. Ölkəyə valyuta axınının azalması devalvasiya riskini ortaya qoyur. Lakin il sonuna kimi devalvasiyanın olacağını düşünmürəm. İqtisadiyyatdakı aktivliyin aşağı olması və Mərkəzi Bank tərəfindən xarici valyutanın sıxıb saxlanması buna əsas verir. Proqnoza görə 2021-ci il üçün Neft Fondunun gəlirləri 5,9 milyard, xərcləri isə 12,4 milyard manat olacaq. Bu isə 6 milyarddan manatdan yuxarı defisit deməkdir. İstisna edilmir ki, kəsirin bağlanması üçün ya ehtiyat fonddan istifadə ediləcək, yadaki borclanmaya gediləcək. Xatırladım ki, 2021-ci il dövlət büdcəsinin gəlirlərində Neft fondundan transfer 12,2 milyard manat nəzərdə tutulur. İqtisadiyyatının böyük bir hissəsinin neft-qazdan asılı olan bir ölkə kimi gələcək illərdə də neft qiyməti ilə bağlı sıxıntı yaşaya bilərik. Beləki artıq dünya enerji nəhəngləri alternativ enerjiyə və ətraf mühitin təmizliyinə daha çox diqqət ayırdığı üçün neft-qaz məhsullarından imtina etməyə hazırlaşanları da var. Təbii ki, bunun üçün uzun müddət lazım olacaq. Amma əvvəl axır bunun şahidi olacağıq. Bu səbəbdən də uzun müddətli strategiyaya uyğun olaraq daha davamlı iqtisadiyyat üçün çalışmalıyıq. Ən əsası isə ölkə iqtisadiyyatının liberallaşması daha sürətli və effektiv hala gətirilməlidir. Digər tədbir mexanizmi olaraq Orta Müddətli Xərclər Çərçivəsinin tətbiqini və nəticə əsaslı büdcə mexanizminə keçidi və dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsidir. Bu da gələcəkdə fiskal dayanıqlılığın gücləndirilməsi və davamlı monetar siyasətin təmin edilməsində əsas rol oynayır. Büdcə qaydasının tətbiqi həm icmal büdcə xərclərinin artımına müəyyən bir limit tətbiq edir, həm də icmal büdcənin qeyri-neft baza kəsirinin hər il azaldılması hədəflənir. Böhran şəraitində, xüsusi ilə neft gəlirinin azalacağı gələcək dövrlərdə bu qaydanın tətbiqi hesab edirəm ki mühüm rol oynayacaq. Əsas məqsəd qarşıdakı illərdə Neft Fondundan transferinin məbləğinin tədricən azaltmaq və buna paralel olaraq da qeyri-neft gəlirlərini artırmaqla uzunmüddətli fiskal dayanıqlığa, büdcə kəsrinin və borclanmanın idarə olunan səviyyədə saxlanılmasına nail olmaqdır. Bundan əlavə qəbul edilmiş dövlət borcunun idarə olunması üzrə ortamüddətli strategiyaya uyğun olaraq qarşıya borclanma ilə bağlı müəyyən hədəflər qoyur”,- deyə o bildirib.

İlhamə

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
Son xəbərlər
Bütün xəbərlər »