Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fazil Mustafa: “Hər an müharibə başalaya bilər”

“Qarabağda hər an müharibə başalaya bilər. Ermənistan tərəfi istənilən anda belə bir addım ata bilər”.

Bunu “ölkə.az”a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, torpaqlarımız işğal altında olduğundan biz hər an müharibəyə hazır olmalıyıq. “Qarabağ bizim üçün prioritet məsələdir. Torpaqlarımız nə qədər ki, işğaldan azad edilməyib əlimizdən gələni etməliyik. Ermənistan istənilən an hərbi təxribatlar törədib genişmiqyaslı hərbi əməliyyatlar keçirə bilər. Odur ki, biz də bütün bu hallara hazır vəziyyətdə olmalıyıq. Əksinə hazırlıq olmayanda problem olur. Biz hər gün səngər barədə düşünüb, torpaqlarımızın azad olunması istiqamətində hazırlıqlarımızı davam etdirməliyik. Əlimizdən gələni etməliyik ki, hərbi təxribatların qarşısı alınsın və düşmənə layiqli cavab verib, torpaqlarımızı işğaldan azad edək”- F. Mustafa qeyd edib.

Paylaş »
››› İsrail Qəzza zolağına eyni anda 80 təyyarədən zərbə edirib
››› Azərbaycan 44 saata Qarabağın dağlıq hissəsini terrorçulardan təmizləyə bilər
››› Hansı bizə daha yaxındır: Fələstin, yoxsa İsrail...
››› BMT Təhlükəsizlik Şurası təcili toplanır - İsrail-Fələstin toqquşması
››› "Rusiyanin başqa variantı yoxdur"
››› Ermənistanda vəzifəli şəxslər həbs edilib
››› Ceyhun Bayramov və Lavrovun görüşünün təfərrüatı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »