Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belarus yazıçı Svetlana Aleksiyeviç çağırış edib

2015-ci il Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, Belarus yazıçısı Svetlana Aleksiyeviç çağırış edib.

APA-nın məlumatına görə, bu barədə yazıçı Saşa Filipenko özünün “Facebook” səhifəsində yazıb.

O bildirib ki, S.Aleksieviç təhlükəsizlik məqsədi ilə insanları evinin qarşısında növbə çəkməyə çağırıb: “Onun mənzilinə daim naməlum adamlar zəng edirlər”.

S. Filipenkonun sözlərinə görə, Nobelli yazıçı mətbuat konfransı keçirməyə hazırdır və mümkün qədər çox jurnalistin iştirakını istəyir.

Belsat.eu saytı isə yazıçının açıqlamasını yayıb. Yazıçı bildirib ki, Koordinasiya Şurasındakı həmfikirlərindən təkcə o azadlıqdadır: “Onlar ya həbsxanada, ya da ölkə xaricindədirlər. Əvvəlcə ölkəmizi əlimizdən aldılar, indi də aramızdakı yaxşı insanları oğurlayırlar. Lakin bizim sıralarımızdan gedənlərin yerinə yüzlərlə başqaları gələcək. Təkcə Koordinasiya Şurası deyil, bütün ölkə ayağa qalxıb. Mən hər zaman dediyimi təkrar etmək istəyirəm. Biz çevriliş hazırlamırdıq, ölkəmizin parçalanmasının qarşısını almaq, cəmiyyətdə dialoq yaranmasını istəyirdik. Lukaşenko deyir ki, küçə ilə danışığa getməyəcək, küçə isə yüz minlərlə insan deməkdir, onlar hər həftənin bazar günü və hər gün küçələrə çıxırlar. İnsanlar öz körpə uşaqları ilə küçələrə çıxırlar, çünki qalib gələcəklərinə inanırlar”.

Yazıçı daha sonra Rusiya ziyalılarına səslənərək onları susmamağa çağırıb.

Paylaş »
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
››› Çoban Xanışın iki nəvəsi şəhid oldu
Son xəbərlər
Bütün xəbərlər »