Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Unibank həssas əhali qruplarına dəstək olmaqda davam edir

Unibank özünüməşğulluq layihəsi çərçivəsində həssas əhali qruplarına dəstək olmaqda davam edir. Bu dəfə bank daha iki vətəndaşımızın şəxsi biznesini yaratmaq arzusunu reallaşdırıb. Nazlı Bayramova və Ramil Səmədov özünüməşğulluq layihəsi çərçivəsində “Unibank”ın dəstək verdiyi vətəndaşlarımızdandırlar. Unibank əməkdaşları onlara şəxsi bizneslərini qurmaq üçün lazım olan bütün avadanlıqları təqdim edib.

Nazlı Bayramova: “Mənim üçün çox sevindirici gün oldu. Nəhayət, ən böyük arzuma çatdım. Sevdiyim işlə məşğul ola biləcəm. Unibank mənə bu işimi qurmaq üçün lazım olan avadanlıqları təqdim etdi. Bu layihədə əməyi keçən hər kəsə çox təşəkkür edirəm!”

Ramil Səmədov: “Mən uzun illərdir bu işlə məşğul oluram. Amma lazımi avadanlıqlarım olmadığından həmişə problem yaranıb. Bu avadanlıqları almağa isə imkanım olmayıb. İnanıram ki, bu gündən sonra müştərilərimin də sayı artacaq, gəlirlərim də çoxalacaq. Layihənin bütün iştirakçılarına təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Unibank həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.

Unibank-hər kəsin bankı!

Son xəbərlər
Bütün xəbərlər »