Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əfqanıstanda vitse-prezidentin kortecinə hücum: 10 ölü, 16 yaralı

Əfqanıstanın Kabil şəhərində vitse-prezident Əmrullah Salehin kortecinə silahlı hücum edilib.

“Tolonews” xəbər verir ki, atılan partlayıcı nəticəsində Ə.Saleh yüngül yaralanıb.

Eyni zamanda, 10 nəfərin öldüyü, 16 nəfərin yaralandığı bildirilir.

“Terroristlər Salehə hücum planlaşdırdılar, amma o sağ qaldı, bir neçə mühafizəçisi yaralandı”, - deyə Ə.Salehin sozçüsü Rizvan Murad qeyd edib.

Hələlik heç bir təşkilat hücumu öz üzərinə götürməyib.(oxu.az)

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »