Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko: "Tərəfdarlarımı kəsib-doğrayarlar..."

Rusiyanın tanınmış jurnalistləri Marqarita Simonyan, Anton Vernitski, Yevgeni Rojkov və Roman Babayan Minskdə Lukoşenko ilə görüşüblər.

Bizimyol.info "Komsomolskaya Pravda"-ya istinadən xəbər verir ki, 2 saatlıq söhbət zamanı Belarus prezidenti vacib sualları cavablandırıb.

Müxalifət barədə danışan Lukoşenko onların təklif etdikləri hər şeyin Belarus xalqını fəlakətə sürüklədiyini deyib. “Onlar bizim qardaş Rusiya ilə münasibətlərimizi qırmaq istəyirlər. Tibb və təhsilin ödənişli olmasını istəyirlər. Deyəsən, Belarusun 20 il öncə necə olduğunu unudublar”,- deyə prezident qeyd edib.

Mən dünya ölkələrinin bir çox prezidentləri ilə danışmışam. Bu problem qlobaldır.Öz böyük qardaşım Putini də xəbərdar etmişəm, bu prosseslərin qabağını almaq mümkün deyil. İnternet xəbərləşmələrin qarşısını almaq olarmı?Bunun arxasında Amerika dayanır”,-deyən prezident mitinqlər zamanı əli avtomatlı görünməsinə də aydınlıq gətirib.

“Mən yəqin ki çox əsəbləşib dərəcəni aşmışdım.Bu sadəcə o demək idi ki, mən heç yerə qaçmıram və vətənimi sona qədər qorumağa hazıram. Mən elə belə getməyəcəm. Hər şeyi buraxıb əl çəkməyəcəm. Əgər getsəm, mənim tərəfdarlarımı kəsib- doğrayarlar”.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Sərhəddə silahlı insident: iki hərbçimiz şəhid olub
››› Zəngəzurdakı danışıqlara Rüstəm Muradov rəhbərlik edir
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Qeyts keçmiş həyat yoldaşına milyardlarla dollar təzminat ödədi
Son xəbərlər
Bütün xəbərlər »