Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dəsrlər başladı, dərhal on minlərlə tələbə və müəllim koronavirusa yoluxdu

Koronavirus pandemiyasına görə dünyanın bir çox ölkələrində yeni dərs ilinə hansı formada ənənəvi, yoxsa online formada başlamaq barədə mübahisələr davam edərkən ABŞ-da universitetlərin birbaşa təhsili bərpa etməsi qorxunc nəticələrə gətirib çıxarıb.

Virtualaz.org xəbər verir ki, CNN telekanalının bildirdiyinə görə, sentyabrın 1-dən ABŞ universitetlərində dərslərin başlamasından sonra bu günə qədər 40 minə qədər tələbə və müəllim koronavirusa yoluxub.

Telekanal bildirir ki, tələbələr və universitet müəllimləri, işçiləri arasında COVİD-19 testi müsbət çıxanların sayı durmadan artır. Baxmayaraq ki, tələbələr auditoriyalarda maska taxın otururlar və sosial məsafəni gözləmək barədə qaydalara əməl etməyə çalışırlar. ABŞ hazırda koronavirusa yoluxanların sayına görə liderdir, ölkədə 6.5 milyondan çox adam bu virusa yoluxub, yüz minlərlə adam ölüb.

Koronavirusa yoluxanların və ölənlərin sayına görə Avropada lider ölkələrdən olan İspaniyada da hökumət birbaşa tədris prosesinin başlaması barədə qərar verib. Lakin bir çox valideyinlər bu qərara etiraz edir. “Amerikanın səsi”nin bildirdiyinə görə, onlardan biri-Anjela Lopez qanun pozucusu profilinə çətin uyğun gəlir. Lakin tənəffüs problemi olan 7 yaşlı bir qızın anası məktəbə qayıtmaq əmrini verən İspaniya rəsmilərinə meydan oxumağa hazır olan valideynlər arasındadır.

Bu valideyylər koronavirusun yeni dalğasının ölkəni bürüdüyü bir zaman pis maliyyələşdirilən təhlükəsizlik tədbirlərindən çəkinir. Onlar şagirdlərin COVID-19-a yoluxma riskinin yüksək olduğunu, sonra isə ailə üzvlərinə yoluxdura biləcəyindən qorxur. Valideyinlər onlayn dərslərə hazırlaşmaq üçün kompüterləri daha güclü şəbəkələrə qoşmaq üçün pul xərclədiklərini, ehtiyac olduqda uşaqlarını evdə təhsil almaları üçün hazırlaşdıqlarını iddia edirlər.

Lopez də daxil olmaqla, əksər valideynlər İspaniyanın məktəbə getməyin məcburi olduğu, əks halda 3 aydan 6 aya qədər həbs cəzası üzləşə biləcəkləri qanununa baxmayaraq, təhsil qaydalarına tabe olmamağa hazırdırlar.Lopezin nəfəs almaqda çətinlik çəkən qızı `bronxial spazm` deyilən bir xəstəliklə doğulub. COVID-19 tənəffüs sistemini təsir etdiyi üçün López qızını təhlükə qarşısında qoymaq istəmir.

“Özümüzü çarəsiz hiss edirik və bir az da inciyirik. Bizə bir seçim vermədikləri üçün sanki bizi qanunsuz hərəkətə məcbur edirlər ” - deyə, Madriddə yaşayan qadın bildirir.

"Bu bir statistika məsələsidir. Nə qədər çox xəstə varsa, yoluxma ehtimalı bir o qədər çoxdur" - deyə, o əlavə edir.

Baxmayaraq ki, mart və aprel aylarında ölənlərin sayı rısmi olaraq qeydə alınmayıb, İspaniyada bu günə qədər koronavirusa yarım milyondan çox insanın yoluxduğu, azı 29 min 500 nəfərin öldüyü bildirilib.

İspaniya hökumətinin indi daha çox və daha yaxşı testlərdən keçdiyi üçün yoluxmaların əksəriyyətinin müəyyənləşdirdiyinə israr etsə də, ekspertlər regionda pandemiyanın artıq ikinci dalğasının başlandığını deyir.

Rəsmilər eyni zamanda koronavirusa yoluxanların yarısından çoxunda heç bir simptom olmadığını, buna görə də yazda epidemiya zirvədə olduğu vaxtla müqayisədə xəstəliklə mübarizə aparan xəstəxanaların hazırda daha az xəstəsi olduğunu bildirir.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »