Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko Navalnı ilə bağlı telefon danışığının sensasiyalı hissəsinin yayımlanmadığını deyib

Belarus Prezidenti Aleksandr Lukaşenko Aleksey Navalnı ilə bağlı telefon danışığının sensasiyalı detallardan ibarət hissəsinin yayımlanmadığını deyib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Belarus Prezidenti ilə müsahibədə olan "Danışır Moskva" radiosunun baş redaktrou Roman Babayan deyib.

Onun sözlərinə görə, Aleksandr Lukaşenko həmin səs yazısının Rusiya Federal Təhlükəsizlik Xidmətinə təqdim olunduğunu bildirib.

"Siz təsəvvür edə bilməzsiniz ki, bizdə necə bir məlumat var", Prezident Lukaşenko əlavə edib.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşdə Berlinlə Varşava arasında Rusiya müxalifətinin liderlərindən olan Aleksey Navalnı haqqında danışığın ələ keçirildiyini bildirib. A. Lukaşenko deyib ki, Almaniya kansleri Angela Merkelin Aleksey Navalnının kimlərsə tərəfindən zəhərlənməsinə dair bəyanatı quramadır: "Danışığı bizim radioelektron hərbi kəşfiyyat ələ keçirib".

Polşa və Almaniya hökumətləri bu məlumatın həqiqəti əks etdirmədiyini bəyan edərək belə bir telefon danışığının olmadığını bildiriblər.

Xatırladaq ki, Almaniya hökuməti Berlində müalicə olunan A. Navalnıdan götürülmüş analizlər nəticəsində onun “Noviçok” qrupuna aid sinir iflicedici maddədən zəhərləndiyinin üzə çıxarıldığını bəyan edib.

Almaniya hökumətinin bu bəyanatından sonra dünyanın əksər ölkələri və liderləri A. Navalnının zəhərlənməsinə görə Rusiyadan izahat tələb edir.

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› BMT bəşəriyyət üçün faciənin yaxınlaşdığını bildirib
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
Son xəbərlər
Bütün xəbərlər »