Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlqar Məmmədova 234 min manat ödənilib

Respublikaçı Alternativ (ReAl) partiyasının sədri İlqar Məmmədova 234 min, bu partiyanın Siyasi Komitəsinin üzvü Rəsul Cəfərova isə 57 min 400 manatlıq kompensasiya ödənilib.

Bizimyol.info-nun əldə etdiyi məlumata görə, Ali Məhkəmənin Plenumunun bu il aprelin 23-də İ.Məmmədov və R.Cəfərov barədə verdiyi qərarlar tam icra olunub.

Ali Məhkəmənin Plenumu Avropa Məhkəməsinin bu şəxslər barədə qərarları əsasında onların işinə yenidən baxaraq, hər ikisinə bəraət verib. Onların haqqında vaxtilə çıxarılmış hökm və qərarlar qanunsuz hesab olunub, cinayət işlərinə bəraətverici əsaslarla xitam verilib. Hər birinə də konmpensasiya verilib.

Avropa Məhkəməsinin qərarlarının icrasına Avropa Şurası Nazirlər Komitəsi nəzarət edir. ReAl-çılar Nazirlər Komitəsinə onlar haqqında çıxarılmış qərarların tam icra olunması barədə məktub göndərib.

R.Cəfərov da mediaya açıqlamasında həm Ali Məhkəmənin Plenumunun təyin etdiyi kompensasiyanı aldığını təsdiqləyib. Müvafiq dövlət orqanlarından da məhkumluğunun olmaması haqda arayış aldığını deyən R.Cəfərov Avropa Məhkəməsinin onunla bağlı qərarının icra olunması barədə Abropa Şurası Nazirlər Komitəsini məlumatlandırdığını da bildirib.

Avropa Şurası Nazirlər Komitəsi İ.Məmmədov və R.Cəfərovun işini 8 nəfərlik qrupda birləşdirmişdi. Bu 8 nəfərin hamısının işi üzə Avropa Məhkəməsinin qərarlarında Avropa Konvensiyasının 18-ci (Konvensiyadan kənar məqsədlərlə hüquq və azadlıqların məhdudlaşdırılması) maddəsinin pozuntusunu tanıyıb. Onların hamısının işinə yenidən baxılması, hüquqi statuslarının həbsdən əvvəlki vəziyyətə qaytarılması (məhkumluğun götürülməsi, bəraət verilməsi) tələb olunub. Azərbaycan isə hələ ki, iki nəfər – İ.Məmmədov və R.Cəfərovun işi üzrə bunu yerinə yetirib. Digər 6 nəfər hüquq müdafiəçisi İntiqam Əliyev, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və Nida Vətəndaş Hərəkatının İdarə Heyətinin 4 keçmiş üzvüdür. Sabiq Nida-çılar 2013-cü ildə “Əsgər ölümlərinə son!” aksiyasından sonra həbs edilmişdilər.

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› “Azərbaycandan çox geri qalmışıq”
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
Son xəbərlər
Bütün xəbərlər »