Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elxan Məmmədov: "Bu qələbə bizə olduqca lazım idi"

"Komandamız sözün həqiqi mənasında inamlı təsir bağışladı. Xüsusən, ilk hissədə daha çox qol vurmaq imkanımız oldu. Lakin bir qol vura bildik. Bununla belə, şükürlər olsun ki, komandamız 3 xalı qazandı".

Bunu "Report"a eksklüziv açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Azərbaycan yığmasının səfərdə Kiprə 1:0 hesabı ilə qalib gəldiyi UEFA Millətlər Liqasının II tur matçından sonra deyib.

Milli assosiasiya rəsmisi bildirib ki, Bakıda Lüksemburqa 1:2 hesablı məğlubiyyətdən sonra səfərdə qələbə qazanmaq çox vacib idi: "Komandamız Bakıdakı məğlubiyyətin ardından özünə gəlməli idi. Millətlər Liqasında ikinci oyunda və 10 aylıq fasilədən sonra qələbə qazanmaq önəmli idi. Təbii ki, baş məşqçi Canni De Byazi futbolçularla fərdi söhbətlər edərək, müvafiq qaydada tapşırıqlarını vermişdi".

Məmmədov De Byazinin yığmanı Millətlər Liqasına yoldaşlıq oyunları keçirmədən hazırlamasına da diqqət çəkib: "Unutmamalıyıq ki, bu, De Byazi üçün 2-ci oyun idi və onun rəhbərliyi altında heç bir yoldaşlıq görüşü keçirilməmişdi. Belə deyək, hazırda o, öz eksperimentlərini rəsmi oyunlarda tətbiq edir. Fikrimcə, bu baxımdan, Millətlər Liqası yaxşı fürsətdir".

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »