Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
15 yaşlı Aysel ölüm ayağında- təcili köməyə ehtiyacı var

Bir neçə gün əvvəl 15 yaşlı Ayselin beyninə qan sızıb. Aysel hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

2005-ci il təvəllüdlü Rəsulova Aysel Anar qızının səhhəti ötən ay doğum gününü qeyd etdikdən bir neçə gün sonra pisləşib. Sonra onun beyninə qan sızıb. Həkimlər bildiriblər ki, Ayseldə anadan gəlmə problem olub və bu fəsad özünü indi göstərib.

Hazırda reanimasiya şöbəsinə yerləşdirilən Ayselin həyatı təhlükəsi var. Həkimlər onun əməliyyatının Türkiyədə mümkün olacağını deyiblər. Ailənin isə buna maddi imkanı yoxdur. Əməliyyatın xərci 25-30 min manat ətrafında göstərilir.

Çıxılmaz vəziyyətdə olan Ayselin ailəsi xeyirxah şəxslərdən kömək gözləyir. Ayselin bir neçə gün ərzində təcili olaraq Türkiyəyə göndərilməsi və əməliyyat olunması vacibdir.

Aysel və ailəsinə dəstək olmaq istəyənlər aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Həmçinin Ayselin anasının adına açılan kart hesabı vasitəsi ilə də kömək etmək mümkündür.

Əlaqə nömrəsi: (+99455) 519 19 23

Hesab kartının fotosu:

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »